2a36 Giasint B - Wikipedia
2A36 Giasint B — Sovet (SSRİ) istehsalı olan 152mm-lik yedəklənən topdur. 1968-ci ildən hazırlanmasına başlanmış və 1976-cı ildə Sovet ordusu sıralarına verilmişdir[1].
2A36 Giasint B | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1975 |
Xüsusiyyətləri | |
Ağırlığı | 9.760 kq |
Eni | 2.788 mm |
Hündürlüyü | 2.760 mm |
Vikianbarda əlaqəli mediafayllar |
2A36 topu iri kalibrli artilleriya silahı olub, düşmənin canlı qüvvəsini, atəş nöqtələrini və hərbi texnikalarının məhv edilməsi üçün istifadə edilir.
Top müxtəlif hava və klimatik şərtlərdə istfadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər).
Hal-hazırda bir çox ölkələrin, əsasən də keçmiş Sovet ölkələrinin ordularında mövcuddur.
152 millimetrlik 2A36 "Giasint B" yedəklənən topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib.
1968-ci ildən hazırlanmasına başlanılıb, 1976-cı ildə Sovet ordusunun sılahlanmasına qəbul edilib. Maksimal atəş məsafəsi 40. 000m-dir. Top müxtəlif hava və klimatik şərtlərdə istfadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər). Hazırda bir çox ölkələrin, əsasən də keçmiş Sovet ölkələrinin ordularında mövcuddur. Topun uzunluğu səfər vəziyyətində 12920 mm, döyüş vəziyyətində 12300 mm-dir, lülə boyu hündürlüyü səfər vəziyyətində 2760 mm, yoldan hündürlüyü 475 mm, eni 2340 mm, təkərlərin diametri 1080 mm-dir.
Konstruksiyası
redaktəTop mərmi ilə gilizin ayrılıqda lülə kamerasına aparılması üçün yarımavtomatik çaxmaq və təpmə enerjisinin hidropnevmatik yığıcı sistemləri ilə təhciz olunmuşdur.
Hərəkət hissəsi yaylı birləşmiş və iki oxlu yedəklənəndir.
Döyuş sursatları
redaktəTopdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır.
Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:
- Qəlpələnən-fuqaslı ОФ-29 mərmisi. Çəkisi 46kq-dır.
- Reaktiv fəaliyyətli ОФ-59 mərmisi. 33,5 km məsafədəki hədəflərin vurulması üçün.
- Nüvə sursatlı 3ВБ6 mərmisi (qadağan edilib).
- Kassetli bölünən mərmilər.
- Kumulyativ tank əleyhinə və tüstülü mərmilər.
Qabaritləri
redaktəTop böyük ölçülərə malikdir: uzunluğu 12920mm yürüş və 12300mm döyüş vəziyyətində, lülə boyu hündürlük 2760mm yürüş vəziyyətində, yoldan hündürlüyü 475mm, gediş eni 2340mm, təkərlərin diametri 1080mm-dir.
Topun yedəyə alınıb aparılması üçün Kraz-255B, Kraz-260 (6x6) yük avtomaşınlarından və AT-T, ATC, ATC-59, MT-T tırtıllı artilleriya yedəkləyicilərindən istifadə olunur.
Silahlanmada
redaktəSSRİ-nin dağılması nəticəsində yaranmış müstəqil dövlətlərin silahlanmasında mövcuddur.
İstinadlar
redaktə- ↑ 2А36 "Гиацинт-Б", 152-мм буксируемая пушка Arxivləşdirilib 2014-04-29 at the Wayback Machine, Оружие России.