2 Nomreli Baki Baza Tibb Kolleci - Wikipedia
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]
2 nömrəli Bakı Baza Tibb Kolleci | |
---|---|
Əsası qoyulub | 1950-ci ildə |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Direktor | Dilarə Məmmədəliyeva |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Şərifzadə küçəsi 204 |
Tarixi
redaktəƏvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.[2]
2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.[3]
Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir.
Direktorları
redaktə- Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən)
İxtisaslar
redaktəKollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]
- Mamalıq işi;
- Tibbi profilaktika;
- Ortopedik stomatologiya;
- Əczaçılıq;
- Tibb bacısı işi;
- Laboratoriya diaqnostikası.
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı.[ölü keçid] (az.)
- ↑ "Bakı 2 Nömrəli Baza Tibb Kolleci". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-14.
- ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.[ölü keçid] (az.)