777 Sayli Xususi Teyinatli Elahidde Herbi Hisse - Wikipedia
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə.
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə | |
---|---|
Növü | Xüsusi təyinatlı |
Yaranma tarixi | 1992–199(?) |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir | Azərbaycan Quru Qoşunları |
Vəzifəsi |
Birbaşa döyüş Qeyri-ənənəvi döyüş |
Sayı | 50 (fevral 1992) |
Qərargah | Bakı (1992) |
Ləqəbi |
"Əfqan" "Üç yeddi"[1] |
Müharibələr | Birinci Qarabağ müharibəsi |
Döyüşlər |
Şuşa döyüşü Ağdam döyüşü |
Komandanlıq | |
Məşhur komandirləri |
Elçin Məmmədov Rövşən Əkbərov |
Tarixi
redaktəBirinci Qarabağ müharibəsi
redaktə777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində,[2] Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır.[3] Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.[4]
1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi. Şuşanın işğal edilməsinin ertəsi günü bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndində mühasirəyə düşmüşdür. 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissənin hərbi qulluqçuları oradakı hərbçiləri mühasirədən xilas etmək məqsədilə ərazidəki erməni mövqelərinə hücum etmiş və azərbaycanlı hərbçilərin kənddən çıxmasına nail olmuşdur. Bundan sonra 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə Sədərək rayonunun müdafiəsində iştirak etmək üçün Naxçıvana köçürülmüşdür.[4]
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa qədər Naxçıvan Muxtar Respublikasında yerləşmiş, Rövşən Əkbərov isə bu dövrdə taborun komandiri təyin edilmişdir. Tabor 28 iyun 1993-cü il tarixində Ağdam şəhərinə, iki ay sonra Füzuliyə köçürülmüşdür. 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə çox keçməmiş cəbhə xəttindən çəkilmiş və 777-ci Motorlu Tüfəng Alayına çevrilmişdir. Polkovnik Əkbərov alayın komandanlığında qalmışdır. Yenidənqurma və təlim keçdikdən sonra 777-ci Motorlu Tüfəng Alayı hücum vahidi rolunu alaraq Azərbaycan Silahlı Qüvvələrinin ən döyüşə hazır hərbi hissələrindən biri olmuşdur.[4]
Müharibələrarası dövr
redaktəBişkek protokolunun imzalanmasından sonra 777-ci Motorlu Tüfəng Alayı cəbhə xəttində xidmətini davam etmişdir və sonradan yenidən təşkil edilmişdir.[4] Alayın şəxsi heyəti Aprel döyüşlərində iştirak etmişdir.[5]
Hərbçilər
redaktəHərbi hissədə xidmət etmiş 10 hərbçi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[4] Polkovnik Rövşən Əkbərov 1992–1997-ci illərdə bölükdə xidmət etmiş, sonradan general-leytenant rütbəsi almış, Bakı Ordu Korpusu və Şəmkir Ordu Korpusunun komandiri olmuşdur.[6][7][8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Rəhim Qazıyevin Şuşa ilə bağlı müsahibəsi, Zori Balayanın "xatirələri"". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ https://flibusta.site/b/598019/read
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-16.
- ↑ 1 2 3 4 5 "О подвигах батальона «Три семерки» в Первой карабахской войне (1992-1994)". История Азербайджана (rus). 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ "Некоторые военно-политические аспекты «четырехдневной» войны в Нагорном Карабахе (взгляд из Еревана) | Военно-политическая аналитика" (rus). 2016-04-25. 2020-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ "Rövşən Əkbərov Telman oğlu". Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler (az.). 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ Netservice.az. "General-leytenant Əkbərov - 50-ni haqladı - VİDEO". ATV.AZ (az.). 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ "Акперов Ровшан Тельман оглы | Центр военно-политических исследований". eurasian-defence.ru. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.