9k33 Osa - Wikipedia
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir.
9K33 Osa | |
---|---|
| |
Tipi | Zenit raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1971-davam edir |
İstismara başlanması | 1971 |
İstifadə edilən döyüşlər | Körfəz müharibəsi, Rusiya-Gürcüstan müharibəsi (2008), Liviya vətəndaş müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | NII-20 araşdırma institutu |
Konstruksiya tarixi | 1960-1972 |
İstehsalçı | Znamya Truda zavodu |
İstehsal illəri | 1970-1988 |
İstehsal sayı | 1200 |
Variantları | Osa-A, Osa-AK, Osa-AKM, Osa-M |
Xüsusiyyətləri | |
Ağırlığı | 17.5 ton |
Sürət |
80 km/s 8 km/s (suda) |
Uzunluğu | 9.14 m |
Eni | 2.75 m |
Hündürlüyü | 4.20 m |
Vikianbarda əlaqəli mediafayllar |
"Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m təşkil edir.
Atma sistemi və lazım olan radar və kompüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (VAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. Avtomobil, həmçinin, suda üzə bilir.
Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radarın nəzarət məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20–25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezlikdə işləyən ötürücü kanallar mövcuddur.
Bu sistemin hədəfi vurma ehtimalı 35-85% arasında qiymətləndirilir. Osa-AK və Osa-AKM sistemlərində bu 55-85% arasında dəyişir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər. Ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Hərəkət mənzili 500 km təşkil edir.
Variantları
redaktə- 9K33 "Osa" hazırlanmasına 1960-cı ildə başlanılıb, 1972-ci ildə təqdim olunub. 4 ədəd TELAR 9A33B raketindən istifadə edir, maksimum atış mənzili 12 km-dir.
- 4K33 "Osa-M" 1972-ci ildə 2 ədəd 9M33M raketi olan dəniz versiyası təqdim olunub. Bu, həmçinin, Gepard sinfi freqat, Kara sinfi kruyser, Kiyev sinfi VTOL kruyserləri və Kirov, Slava, Krivak sinfindən olan katerlərə də quraşdırıla bilər.
- 9K33M2 "Osa-AK" 1975-ci ildə təqdim olunub.
- 9K33M3 "Osa-AKM" 1980-ci ildə təqdim olunub. Atış uzaqlığı 15 km-ə qaldırılıb. Aşağı uçuşda isə 12 km-dir.
İstifadəçilər
redaktə- Azərbaycan
- Əlcəzair: 48
- Belarus
- Bolqarıstan
- Ekvador
- Ermənistan
- Əlcəzair
- Hindistan
- İraq
- İordaniya: 48
- Küveyt
- Liviya: 20
- Polşa: 64. Təqribən 32 kompleks Osa-AKM-P1 səviyyəsində modernizasiya edilib və 2017-ci ildən sonra silahlanmadan çıxarılacağı gözlənilir.[1]
- Rumıniya
- Rusiya: 400. 2007-ci ildən etibarən bütün komplekslər Osa-AKM səviyyəsində modernizasiya olunmuşdur.[2]
- Suriya: 60[3]
- Türkmənistan: 40[4]
- Ukrayna: 9K33M2 Osa-AK variantı istifadə olunur.
- Yunanıstan: 39
Keçmiş istifadəçilər
redaktə- SSRİ
- Çexiya: 2006-cı ildə silahlanmadan çıxarılıb.
- Küveyt: Körfəz müharibəsi zamanı İraq Ordusu tərəfindən ələ keçirilib.
- Şərqi Almaniya: 41 ədəd Osa-AK. Almaniyanın birləşməsindən sonra Yunanıstana satılıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2013-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
- ↑ "Arxivlənmiş surət". 2011-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
- ↑ "Arxivlənmiş surət". 2017-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
- ↑ "Arxivlənmiş surət". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.