Ag Orda - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ağ Orda (Qazax türkcәsindә: Aq Orda), Çingiz xanın 1227-ci ildə ölümündən sonra Böyük Monqol imperiyası sərhədləri daxilində, müasir Qazaxıstan, Qırğızıstan, Şimali Özbәkistan vә Şimali Türkmәnistan ərazisində qurulan xanlıq.[1] Qızıl Ordanın şərqdəki torpaqlarında qurulmuşdu. Әn mәşhur xanları — vaxtı ilә Ulu Ulus xaqanları olmuş Uruz xan vә Baraq xandır. Dövlәtin başında Çingizlilәr sülalәsinin Cuçioğulları xanәdanının Toğayteymurlular qolunun Törә sülalәsi dururdu. 1428-ci ildә Özbәk xanlığı olaraq bildiyimiz Göy Orda hökmdarı Әbülxeyir xan Şeybani tәrәfindәn әlә keçirilmişdir. 1465-ci ildә Uruz xanın nәticәlәri Kerey vә Janibek Ağ Ordanı Qazax xanlığı adı ilә yenidәn qurmuşlar.
Ağ Orda | |
---|---|
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1227 |
Ləğv edilib | 15. əsr |
Tarixi
redaktəCuçi xan tərəfindən nəzarət edilən torpaqların şərq hissəsində Orta Asiyadan Sibirə qədər olan bölgədə hakim oldular. Onun tərkibinə Aral gölündən şimal-şərqə Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi. Bu ərazidə monqol işğallarından əvvəl Sabran ( və ya Şabran), Sığnaq, Yengikənd və başqa şəhərlər yerləşirdi. Monqol işğalları nəyicəsində bu şəhərlər suqut etmiş, sonra tədricən dirçəlməyə başlamışdır. Dəşti-Qıpçağın bütün şərq hissəsi Ağ Ordanın tərkibinə daxil olmuşdur. Məhz Qızıl Orda vaxtında bu dövlətin tərkibindəki tayfa birləşmələri "qazax" və "özbək" adlarını almışdır.
Ağ Orda dövlətinin ilk hökmdarı Cucinin oğlu Orda xandır. Balxaş gölü sahillərindəki paytaxtları sonradan Seyhun çayı sahilindəki Sıgnaq şəhərinə daşınır.[2] XIV əsrin II yarısınadək müstəqil qala bilmiş olan xanlıq, 1378-ci ildə Ağ Orda hökmdarı Toxtamış tərəfindən Qızıl Orda dövlətinə yenidən qatılmışdır.
Marko Polo Ağ Orda haqqında
redaktəKöchü xanın dövründə Ağ Orda dövləti ərazisinə səyahət edən Venesiyalı səyyah Marko Polo gördüklərini belə təsvir edirdi.:
Bu kral (Köchü) kimsəyə boyun əyməz, Çingiz xanın imperatorluq soyundandır. Bu kralın nə bir qalası, nə də bir şəhəri vardır. O və xalqı geniş ovalarda və ya keçilməz dağlarda, yaylalarda yaşar. İribuynuzlu heyvanların ətləri və südləri ilə bəslənirlər. Külli miqdarda inək, dəvə, at, öküz, qoyun kimi iri və xırdabuynuzlu heyvana sahibdirlər.| Marko Polo[3][4]}}
Ağ Orda xanları
redaktəQeydlər
redaktə- ↑ Tarixçilər arasında Ağ Orda ilə Göy Orda arasındaki əlaqələrə dair qəbul edilmiş əsas bir ortaq anlayış yoxdur
- ↑ Bugünki Qazaxıstanın sərhədləri daxilindədir.
- ↑ Marco Polo'nun səyahatleri Arxivləşdirilib 2013-07-08 at the Wayback Machine (ing.), 7 Haziran 2010 tarixində erişilmiştir
- ↑ Bu təsvir Ağ Orda dövlətinin ənənəvi Monqol həyat tərzinə və mədəniyyətinə sahib çıxdığını göstərməkdə və Möngke’nin ölümündən sonra Çin mədəniyyətinə meyl edən Qubilay qaana qarşı Arık Böke’nin nədən Ağ Orda hakimləri tarafından mühakimə olunduğu daha yaxşı anlaşılmaqdadır
Mənbə
redaktə- Большая советская энциклопедия. Т. 3. — М.: Изд-во "Совет. энц.", 1970.
- Татарская энциклопедия. Т. 1. — Казань: Ин-т тат. энц., 2002.
- Кузембайулы А., Адиль Е. История Республики Казахстан, — Астана, 2002 г.
- Ə. Muxtarova. Türk xalqlarının tarixi. Bakı,1999