Ag Ayi Dustaqxanasi - Wikipedia
Ağ ayı dustaqxanası (ing. Polar bear jail) – Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində yerləşən xüsusi tikili. Qəsəbə ətrafında tutulan təhlükəli ağ ayıları əvvəlcə bu yerə gətirirlər.[1]
Ağ ayı dustaqxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 58°45′13″ şm. e. 94°04′25″ q. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəDustaqxana yaradılmamışdan öncə təhlükəli ağ ayıları vururdular. Dustaqxana 1982-ci ildə fəaliyyət göstərməyə başlamışdır.[2] Bəzi mənbələrə görə isə 1983-cü ildə küçədə baş vermiş bir ağ ayı hücumundan sonra dustaqxana yaradılmışdır.[3] Əvvəllər bu bina hərbi morq kimi fəaliyyət göstərirdi.
Saxlanılma
redaktəƏvvəlcə tikilinin 20 kamerası var idi; 16 ağ ayının və 4 ağ ayı ailəsinin saxlanılması üçün şərait mövcud idi. Ağ ayılar 2–30 gün ərzində burada saxlanılırlar. Əgər ağ ayı bir çox dəfə tutulmuş ağ ayıdırsa, bu müddət uzana bilər. Ağ ayıların burada saxlanılmasının məqsədi onlara təhlükə hissini aşılamaq və qəsəbəyə yaxınlaşmalarının qarşısını almaqdır. Ağ ayılara dustaqxanada qida verilmir. Ağ ayıların orqanizmləri uzunmüddətli aclığa qarşı dözümlü olduğu üçün onları yedizdirmək ehtiyacı yaranmır.[4]
Təhlükəli ağ ayılar tutularkən onlara sakinləşdirici vururlar və boğazlarına parlaq rəng sürtürlər. Qış yaxınlaşanda və Hudzon körfəzi donanda ağ ayılar sərbəst buraxılırlar. Onlara yenə sakinləşdirici vururlar və vertolyotla qəsəbədən uzaq bir yerdə təbiətə buraxılırlar.
2014-cü ildə dustaqxananın kameralarının sayı 28-ə çatdırılmışdır.[5] Buna baxmayaraq, Çörçill sakinləri çöldə gəzərkən ehtiyatlı olmağa çalışırlar. Hər yay qəsəbənin ətraf bölgələrini minə yaxın ağ ayı ziyarət edir. Buzlaqlar əriyəndə onlar suiti ovlaya bilmirlər və aclıq üzündən qəsəbəyə yaxınlaşmalı olurlar.
Hudzon körfəzinin və Çörçill çayının sahilində ağ ayılar haqqında xəbərdarlıq nişanları var. Ağ ayı görən şəxs qəsəbənin qaynar xəttinə zəng edə bilər. Təbii Sərvətlər Departamentinin işçiləri bu cür zəngləri qəbul etdikdən sonra ağ ayını tutmağa gəlirlər.
Populyar mədəniyyətdə
redaktəDustaqxana haqqında Viktor A. Çarlo tərəfindən "Çörçill ayı dustaqxanası" adlı şeir yazılmışdır.[6]
İstinadlar
redaktə- ↑ "Churchill Pictures: The Polar Bear "Jail"". www.bears.org. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
- ↑ James A., Wilkerson; Moore, Ernest E.; Zafren, Ken. Medicine for Mountaineering: And Other Wilderness Activities. The Mountaineers Books. 2010. 323. ISBN 9781594853937. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ "Into the Wilds of the Canadian Arctic: On the Polar Bear Trail". 2016-03-04. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
- ↑ "Complete Polar Bear Facts". 2014-05-30. 2014-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
- ↑ "В канадском городе Черчилль расширяют тюрьму для белых медведей". newsmake.net (rus). 2014-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
- ↑ Harrison, Brady. All Our Stories Are Here: Critical Perspectives on Montana Literature (ingilis). U of Nebraska Press. 2009. səh. 30. ISBN 978-0803222779. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2018.