Agacqala - Wikipedia
Ağacqala — Azərbaycan Respublikasının Tovuz rayonunun Ağacqala kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]
Ağacqala | |
---|---|
40°47′53″ şm. e. 45°42′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəOykonim ağac (taxta) və qala (qurğu, tikinti) sözlərindən düzəlib, "taxtadan tikilmiş, qurulmuş qala" deməkdir. Başqa məlumata görə, əsl adı Ağcaqaladır. Kənd adını sıldırım qayada olan Ağcaqalanın (XIX əsrdən adı çəkilən Kirən qalasının xarabalığıdır) adından almışdır. Toponim ağca (qalanın divarları kirəc və gil məhlulla hörüldüyündən ağımtıl gorunur) və qala sözlərinin birləşməsindən əmələ gəlib, "ağımtıl divarlı qala" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilində kərən "meşə məmulatı, şalban, tir" deməkdir. Bu baxımdan Ağacqala toponimi doğru variant hesab olunmalıdır.[4]
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd dağlıq ərazidə yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 341 | 157 | 184 |
2009[6] | ↘329 | ↘155 | ↘174 |
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə Ağacqala kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7][8]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə Ağacqala tibb məntəqəsi yerləşir.[9]
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ Ağacqala // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 13. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)[ölü keçid]
- ↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.