Agadadas Agayev - Wikipedia
Ağayev Ağadadaş Həmid oğlu (25 avqust 1956, Hasıllı, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006-2024)
Ağadadaş Ağayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 avqust 1956 (68 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar | muğam, pop musiqisi |
Mükafatları |
Həyatı
redaktəAğadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977–1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Əməkdar artist (1998), xalq artistidir (2006). 4 oğlu (Kamil, Səbuhi, Seymur, Həmid), 1 qızı (Leyla) var.
Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.[1]
O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[2]
2024-cü ilin iyul ayında haqqında cinayət işi açılıb.[3]
Filmoqrafiya
redaktəMükafatları
redaktə- 1981. "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi
Fəxri adları
redaktə- 1998. Əməkdar artist
- 2006. Xalq artisti
İstinadlar
redaktə- ↑ "Afaq Bəşirqızında xərçəng aşkarlandı". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ "YAP-a yeni üzvlər qəbul olundu". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ "Ağadadaş Ağayevə cinayət işi AÇILDI". Oxu.az (az.). 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.