Aganus - Wikipedia
Ağanus — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağanus | |
---|---|
39°37′36″ şm. e. 46°35′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
redaktəAğanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir.[2]
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. [3] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
İnfrastrukturu
redaktəAğanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi. Ağanusda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlamış, ilk müəllim isə Türkiyədən gəlmiş Müslüm adlı şəxs olmuşdur. İlk məktəb binası isə 1928-ci ildə inşa edilmişdir. Məktəb eyni adla hal-hazırda Bərdə şəhərində yerləşir. Ağanus kənd mədəniyyət evi, 3 kitabxana və 4 feldşer-mama məntəqəsi Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir.
Əhalisi
redaktə2006-cı ilin statistikasına görə kəndin əhali sayı 300 nəfər olmuşdur.
Tanınmış şəxslər
redaktə- İsrafil Şahverdiyev Azərbaycanın Milli Qəhrəmanı
- Ağayar İsmayılov - Respublikanın əməkdar müəllimi, Ağanus kənd orta məktəbinin keçmiş direktoru(1961-2011)
- Ramiz Cəbrayılov - Laçın rayon İcra Hakimiyyətinin başçısı
- Sultan Laçın - Qarabağ müharibəsi iştirakçısı, tanınmış jurnalist
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Ağanus // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 16. ISBN 978-9952-34-155-3.
- ↑ Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |