Agbucaq Nekropolu - Wikipedia
Agbucaq Nekropolu - Wikipedia - Haqqında Məlumat
Ağbucaq nekropolu — Şərur rayonunun Axura kəndində konusvari təpənin üzərində arxeoloji abidə.
Qəbirlər daş qutu tiplidir. Onlar müxtəlif istiqamətə yönəlmişdir. Qəbirlər yanlarda yastı sal daşlarla qurulmuşdur. Onların üzəri eyni tipli daşlarla qapadılmışdır. Nekropol kənd təsərrüfatı işləri görülərkən tamamilə dağıdılmışdır. Qəbir avadanlığından yalnız bir neçə çəhrayı rəngli keramika parçası qalmışdır. Onlar son antik dövr üçün xarakterikdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqat zamanı nekropolun şərq tərəfində buradakı iri küplərdən birinin ağzının parçası tapılmışdır. Arxeoloji materiallara əsasən nekropolu e.ə. 1-2 əsrlərinə aid etmək olar.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 13.