Agcaqovaq Agdas - Wikipedia
Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağcaqovaq | |
---|---|
40°34′ şm. e. 47°14′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0327 |
Etimologiyası
redaktəKür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var[2].
Tarixi
redaktəKənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi.[3] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi[4]. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Coğrafiyası
redaktəKəndin yaxınlığında Türyançay axır. Kənd Ağdaş rayon mərkəzindən 30 km, Bakıdan 265 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Malay stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 15 metr yüksəklikdə yerləşir.
Əhalisi
redaktə1886-cı ildə kənddə 101 nəfər yaşayırdı. 1979-cu il üçün əhalisi 100 nəfər olub.
İqlimi
redaktəKənddə havanın orta illik temperaturu +15,3 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.