Agdaban - Wikipedia
Ağdaban — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağdaban | |
---|---|
40°11′35″ şm. e. 46°21′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ağdaban kəndi Ağdaban çayının sağ sahilində, Murovdağ silsiləsinin cənub ətəyində, Ağdaban dağının yamacındadır. Adını eyni-adlı dağdan almışdır. XIX əsrin sonunadək kəndin ərazisi Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kəndin dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərindən bir qrup ailələr bu binəyə köçərək burada məskunlaşmışlar[2].
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
Coğrafi mövqeyi
redaktəAğdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
Tarixi
redaktəKəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kənddən dəlləkli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərə mənsub olan ailələr buraya daimi məskən salmışdır. Kənd də Ağdaban dağının adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. Daban türk dillərində "dağ keçidi" ,"aşırım" mənası daşıyır. Toponim "ağ rəngli aşırım", "ağımtıl dağ keçidi" mənasındadır. Daban sözü geniş arealda yayılmışdır. Azərbaycanda (Ağdərə,Şərur rayonları) Ağdaban adlı dağlar da mövcuddur.
Yaşlı adamların dediyinə görə Ağdabanın adı təhrif olunub. Kənd çox dumanlı olub. Özü də bəmbəyəz, ağappaq. "Ağ duman " sözü illər getdikcə təhrif olunaraq " Ağdaban" şəklində qalıb. Kəndin adı repressiyaya uğrayıb. İndi bunun bir o qədər vərqinə varılmasa da, hər halda, tarix saxtalıq sevmir. Həmin bu Ağdaban kəndi Usaçıq kəndi ilə (Caparla) uzun illər qonşu olub. Başqa bir variantda Ağdaban sözünün yaranmasını monqol-tatarların Azərbayana gəlməsi ilə əlaqələndirirlər.Deyilənlərə görə monqol-tatar qoşunları səfər zamanı Murovdağ silsiləsindən aşarkən indiki Ağdaban kəndinin yerləşdiyi ərazidə dincəlməli olurlar.Bu ərazidə dağ ağ rəngə çalır.Daban monqol-tatar ləhcəsində dağ deməkdir. Ağdaban yəni, Ağ rəngli dağın ətəyində yerləşən kənd deməkdir. Kəndin bünövrəsini XIX əsrin sonlarında Kəlbəcərin Dəmirçidam kəndindən gələn Məşədi Məmmədalı, Məşədi Hümbət, Kərim, Qasım və bir neçə nəfər başqa qohum-əqraba qoymuşlar.[3]
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib.
Yaylaqlar
redaktəTurun yalı yurd, Qaraqaya yurdu, Salmanın yurdu, Cəmilli yurdu, Daşarası yurdu, Alxanın yurdu, Həmzəçimən yurd, Dərə yurdu, Buruc yurd, Qoyun yurdu, Qönçənin yurdu, Yalaq yurd, Buzluğun başı yurd, Daş ağılı yurdu, Çiçəkli yurdu, Töməlin yurdu.
Bulaqlar
redaktəAşağı turş sular, Yuxarı Çayqovuşan Turş suyu (Qurban bulağı), Böyrək bulaq, Çayqovuşan bulağı, Salehin bulağı, Novlu bulaq, Ağ bulaq, Qara bulaq, Xaşa Hüseynin bulağı, Adam bulağı, Ədil bəyin bulağı, Qızlar bulağı, Gur bulaq, İsmayılın bulağı, Fatma bulağı, Buz bulaq, Qönçə bulaq, Çilli bulaq, Onğöz bulaq, Rza bulağı, Daş arasının bulağı, Suçıxan bulaq, Qönçə bulaq, Əsgər dərəsi bulağı, İnjener(mühəndis) bulağı, Gülgəz bulağı, Daş nov bulağı, Zimli bulaq.[3]
Məşhur yerlər
redaktəBöyükdüz, Şirin oğlunun yalı, Atqoruğu, Sarı dağ, Ağdabanın yalı, Turun yalı, Daşagıl, Daş yeri, Talanın başı, Dovudlu, Qurqanın yalı, Sarıdərə, Çöplü dağı, Çöplü göl, Buzluğun yalı, Misirin kolavatı, Qaraşiş, Boyun, Ardışlı boyun, Ələm ağacı, Turş suyun talası, Təkalma, Şəkər talası, Sarıxır, Seyid Məmməd biçən boyun, Kalafalıq, Quşdəfi, Bayramın dəyirmanı, Əmrahın dəyirmanı, Şırşırın başı, Taxtadüz, Qarmaqitən, Rzabulağı, İsmayılın düzü, Daşarasının çayı, Çayqovuşanın çayı, Ağdaban çayı, Şabanın meşəsi, Sadığın meşəsi, Dəlləyin yeri, Yuxarıki çüxur, Aşağıki çüxur, Qəddərənin calağı, Şəmşirin biçənəyi, Kərəm arı odlayan, Şabanın qılıcı, Kilsənin meşəsi, Xaçın tili, Yolayrıcı, Qəbirstanlığın təpəsi, Tozluğun meşəsi, Təkgöl, Qara, Palıdlıq, Buzluğun boynu, Otaqqaya, Qara zağalar, Çilik yalı, Alışan yurdu, Kilsəlisu, Sandıqqaya, Quşyuvası, Seyid Məmməd qayası, Ədil bəyin zağasi, Əhəng qayası, Namaz qayası, Kəkilmeşə, Keçikeçi dərəsi, Asdanqazan, Sarıgüney, Mirfəttahın yalı, Yeddiqardaş dağı, Çöplünün dağı, Göydağ, Qaragüney, Qantəpərli, Qırcıl, Topallıq, Qurbanın calağı, Yuxarıki xırman, Aşağıki xırman, Fatma dağı əkən, İtyolu, Dəflərin dərəsi, Sarı Alının yurdu, Quş dərəsi, Məmmədcəfər meşəsi, Dəli Alının meşəsi, Məhəmməd yolu, Qəmbəri ağac vuran, Mirfəttahın güneyi, Gözdəkqaya, Zimlibulaq, Yolçu boynu, Damın dərəsi, Damın güneyi.[4]
İşğal dövrü
redaktəBu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.[5][6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. (az.)
Xarici keçidlər
redaktə- http://agdaban.org/about_agdaban.php
- http://karabakh-doc.azerall.info/hisday/0604az.htm Arxivləşdirilib 2008-07-20 at the Wayback Machine
- http://qarabag.iatp.az/qarabag/kelbecer.html Arxivləşdirilib 2007-11-12 at the Wayback Machine
- http://agdaban.org/
- http://www.answers.com/topic/kalbajar
- http://birlik-az.org/modules.php?name=Articles&pa=showarticle&articles_id=115[ölü keçid]