Agdaban Dagi - Wikipedia
Ağdaban dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3093,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın sol qollarının mənbəyindədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-şərq istiqamətli Zırnel və şimal-qərb istiqamətdə uzanan Biçənək fay-yerdəyişmə qırılmalarının kəsişmə düyünündə yerləşir. Cənub-qərb yamaclarında andezit, andezit-dasit tərkibli üç iri ştokvari kütlənin çıxışları, həmçinin şimal-qərbə uzanan bir neçə fay müşahidə edilir.
Ağdaban dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Ermənistan yaylası, Zəngəzur dağları |
Mütləq hündürlüyü | 3093 m |
Yerləşməsi | |
39°08′ şm. e. 45°58′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Şahbuz rayonu ərazisində Ağdaban dağının əhali arasında işlədilən başqa adı Sisqatar dağıdır.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.