Aggedik Xocali - Wikipedia
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Ağgədik | |
---|---|
39°54′11″ şm. e. 46°50′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 985 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Toponimikası
redaktəAğgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır.[2] Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur.
Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Əhalisi
redaktə2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi[3].
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Ağgədik (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 1
Həmçinin bax
redaktə Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |