Agidel Cayi - Wikipedia
Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını[1] və Cənubi Uralın ən böyük çayı[2].
Ağidel | |
---|---|
başq. Ағиҙел, tatar. Агыйдел, rus. Белая | |
Ölkə | Rusiya |
Mənbəyi | Cənubi Ural, İrəməl şəhəri |
Mənsəbi | Tatarıstan, Nijnekamsk su anbarı |
Uzunluğu | 1430 km |
Su sərfi | 950 m³/san |
Hövzəsinin sahəsi | 142 000 km² |
DSR[rus.] | 10010200112111100016731 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəAğidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür.[3] XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar.[4]
Coğrafiya
redaktəAğidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.[1] Əsas su mənbəsi İrəməl dağın əriyən qarıdır.[5]
Başqırdıstan ərazisində və onun Tatarıstan ilə sərhədində axır.[6] Çulman çayın ən böyük axını[7] və Başqırdıstanın ən uzun çayıdır[5].
Sahilləri əsasən çöllüklərdən ibarətdir, bəzi hissələrdə meşəli yerlər də var. Çayın yuxarı hissəsində böyük sayda mağara var.[5]
Ağidel hər il öz sahillərindən kənara çıxıb, ətrafını batızdırır.[8]
Çayın əsas qolları: Nuquş, Təyrük, Sem, Qaraidel, Bir, Tere Tanıp - sağdan; Aşkazar, Örşək, Dim, Qarmasan, Çərməsən, Bazı, Sön - soldan.
İqtisadiyyat
redaktəNəqliyyat
redaktəÇayın üzərində bir sıra körpü var. Onlardan ən böyükləri Ufadaki avtomobil və dəmir yolu körpülərdilər.[5]
Gəmiçilik
redaktəAğidel Başqırdıstanın əsas su magistralıdır. Burdaki gəmilər əsasən neft, çınqılnan qum qarışığı və tikinti vəsaitlərini daşıyır. Bundan əlavə, sərnişinlərin Rusiyanın Avropa hissəsindəki müxtəlif istiqamətlərinə çatdırılması aparılır.[9]
Eenerji
redaktəÇayda üç hidrosistem tikilməyə planlaşdırılır. Birincisi, 2003-cü ildə Yomağuja su anbarın tikilib və 2005-ci ildə Yomağuja su elektrik stansiyasının (SES) tam iş rejimində fəaliyyət göstərməyi başladı.[5]
İstinadlar
redaktə- ↑ 1 2 "Река Агидель". 2016-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
- ↑ "Агидель". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- ↑ Три путешествия по рекам. Река Уфа Arxivləşdirilib 2019-05-22 at the Wayback Machine, По Тропам Южного Урала.
- ↑ Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. — 256 с. — С.23.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- ↑ [https://web.archive.org/web/20140808174959/http://slovari.yandex.ru/~%D0%BA%D0%BD%D0%B8%D0%B3%D0%B8/%D0%91%D0%A1%D0%AD/%D0%91%D0%B5%D0%BB%D0%B0%D1%8F%20%28%D1%80%D0%B5%D0%BA%D0%B0%20%D0%B2%20%D0%91%D0%B0%D1%88%D0%BA.%20%D0%90%D0%A1%D0%A1%D0%A0%29/ Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine Белая (река в Башк. АССР). БСЭ]
- ↑ Массальский В. М.[rus.]. // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
- ↑ [1][ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2016-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.