Agoglan Lacin - Wikipedia
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı[1]) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd.[2]
Ağoğlan | |
---|---|
39°38′32″ şm. e. 46°24′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.191 m |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAğoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur.[1]
Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur. Kosalar adına Qazax rayonunda, Lənkəran rayonunda, Şamaxı rayonunda, Ağdam rayonunda, Xocalı rayonunda, Lerik rayonunda, Naxçıvan Muxtar Respublikasında, hətta Gürcüstan Respublikasının ərazisində rast gəlinir.[3] Keçən əsrdə Krım ərazisində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır.[4]
Xocalı rayonunun ərazisində yerləşən Kosalar kəndi yerli əhalinin məlumatına görə yaşayış məntəqəsini keçmiş Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar.[4]
Ağoğlan kəndi əvvəllər əsasən xərək, potuğa, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yer altı qazmadan düzəldilmiş olan tikililər) adlanan xüsusi tikililərdən tikilmişdir. Zaman ötdükcə yerli tikinti materiallarından daş evlər inşa edilmişdir.
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
redaktəAğoğlan kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və telefon dayaq məntəqəsi kimi sosila obyektlər var idi.
Tarixi baxımdan bu kəndin ərazisində hələ tədqiq olunmamış çox zəngin tarix və tədəniyyət abidələri vardır. Bu kəndin ərazisindəki yeraltı keçidlər, sujetli daşlar və memarlıq abidələri Azərbaycan tarixini çox qədim zamanlara hətta antik dövrlərə qədər aparıb çıxarır. Kosalar kəndinin ən möhtəşəm abidəsi, IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən "Ağoğlan" qəsr kompleksidir.[5]
Coğrafiyası və iqlimi
redaktəAğoğlan kəndi (əvvəllər bu kənd Kosalar adlandırılırdı) Qarıqışlaq – Laçın şose yolunun iki kilometrliyində, Ağoğlan çayının sağ sahili istiqamətində, çaydan cəmi 80 metr məsafədə, dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə, Zəngəzur vilayətinin ermənilərə bağışlanmış yaşayış məntəqələri olan, Xəzinəvar (Xoznavar) və Bayandur kənd ərazilərinin kəsişdiyi yerdə yerləşir.[6] Kənd rayon mərkəzindən 26 km cənub qərbdə yerləşir.[7]
Əhalisi
redaktəKosalar kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olub.[8] 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 219 nəfərdir.[7]
İqtisadiyyatı
redaktəHeyvandarlığın, əkinçiliyin inkişafı üçün bol suyu, münbit torpağı, əkinə yararlı sahələrdə buğda,arpa, vələmir, pərinc, darı, çovdar və başqa dənli bitkilər becərilirdi. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir. onanın təbii şəraiti, əlverişli iqlimi (kənd ərazisinin dağ-meşə landşaftı zonasında yerləşməsi, eləcə də dağ-çəmən landşaftının kənd ərazisinə yaxın olması) olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. İlin isti dövründə 500–600 mm-ə qədər yağıntı düşməsi və onun da 60-70 faizinin yazda və yayın əvvəllərində yağması dəmyə əkinçiliyi yaxşı inkişaf etdirməyə imkan verirdi.
Kənd əhalisi əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər becərilirdi. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir.
Bunlarla yanaşı toxuculuq, arıçılıq, bostançılıq, bağçılıq, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindəndir.
İstinadlar
redaktə- ↑ 1 2 Ağoğlan (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 23. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Əli Əliyev. Laçın-Qədim Oğuz yurdu. "Avropa" nəşriyyatı. Bakı-2009. səh.22.
- ↑ 1 2 Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.287.
- ↑ Faiq İsmayılov Ağoğlan kəndinin mədəniyyəti[ölü keçid]
- ↑ Faiq İsmayılov Ağoğlan kəndinin coğrafiyası[ölü keçid]
- ↑ 1 2 Əli Əliyev. Laçın-Qədim Oğuz yurdu. "Avropa" nəşriyyatı. Bakı-2009. səh. 22.
- ↑ Faiq İsmayılov Ağoğlan kəndinin əhalisi[ölü keçid]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |