Agtekle - Wikipedia
Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ağtəklə | |
---|---|
აღთაქლა | |
41°35′46″ şm. e. 44°59′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1872 |
Mərkəzin hündürlüyü | 450 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1300 |
Coğrafiası
redaktəGürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi.
Əhalisi
redaktə1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.[2]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir.[3][4]
Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır. Qəsəbə sakinlərinin əksəriyyəti islam dininə etiqad edirlər. 2009-cu ildən Ağtəklədə məscid fəaliyyət göstərir.
Tarixi
redaktəYaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür.[mənbə göstərin] Kəndin adı böyük ehtimal qədim türk qəbiləsi Təkəli adı ilə bağlıdır.
İqlimi
redaktəAy | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl |
Orta tempratur [°C] | 6 | 7.7 | 12,9 | 18,2 | 23,4 | 27.5 | 30.8 | 30.8 | 26.0 | 19.8 | 12.9 | 7.5 | 18.7 |
Yağışlar (mm) | 19 | 26 | 30 | 51 | 78 | 76 | 45 | 48 | 36 | 38 | 30 | 21 | 498 |
İstinadlar
redaktə- ↑ http://www.geostat.ge/index.php?action=page&p_id=2152&lang=geo.
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 142
- ↑ National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
- ↑ The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005