Asiq Kamandar - Wikipedia
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi.
Aşıq Kamandar | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 oktyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2000 (68 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair |
Janr | aşıq musiqisi |
Musiqi aləti | saz |
Üzvlüyü |
Həyatı
redaktəƏfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.
Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir.
O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür.
Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur.
O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur.
Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
Onun ifasında 34 dastan audo, video kasetlərə yazılmış və sənətsevərlərə çatdırılmışdır.
Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır.
Ustadın anadan olmasının 60 və 65 illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökumət səviyyəsində qeyd olunmuşdur.Gürcüstan prezzidentinin fərmanı ilə anadan olmasının 65 illiyi şərəfinə "Şərəf"ordeni verilmişdir.
Ulu ozan sənətinin azmanı 2000-ci il oktyabrın 26-da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[1]
Yaradıcılığı
redaktəAşıq Kamandar universal el sənətkarı və şairi kimi daha da məşhurlaşdı, 1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı tərəfindən onun ilk "Borçalı laylası" adlı şeirlər kitabı işıq üzü gördü.
Aşıq-el sənətinə bütün varlığı ilə bağlı olan, Azərbaycan xalqının XX əsrdə yetirdiyi filosoflardan biri – əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba yazdığı ön sözdə qeyd edir: "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir. "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir". Bu, dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu şeirlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.
Mərd olan düşər zəhmətə,
Namərd yetişməz ziynətə,
Çörək itirən müxənnətə,
Haqq özü "qənim" olaydı!
Şair Kamandarın şeirlərinin dadlı və duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir.
El-oba ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.
Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında Azərbaycanın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq yaradıcılığı tərənnüm olunub:
Aşıq Kamandaram, dedim hər zaman,
Sazın hikmətini nadandı danan.
Gecələr yuxusu gözündə yanan,
Analar laylası telli sazdadı.
İstər Gürcüstanda, Borçalıda, istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur. Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşunaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürək açan sözlər demişlər.
Kitabları
redaktə- "Borçalı laylası"
- "Bənövşə"
- "Mən ellər aşığı xan Kamandaram"
- "Kamandar dünyası"
- Xan Kamandar. Bakı, "Elm və təhsil", 2012. 392 səh. (+16 səh. şəkil) (Tərtib edəni və nəşrə hazırlayanı: Musa Nəbioğlu)
Haqqında yazılan kitablar
redaktə- "Xan Kamandar", (tərtib edəni: Musa Nəbioğlu), Bakı, "Elm və təhsil", 2012. (392+16) səh., 500 nüsxə.
İstinadlar
redaktə- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.