Asiq Qurban - Wikipedia
Aşıq Qurban — ustad aşıq.[1]
Aşıq Qurban | |
---|---|
Doğum tarixi | 1870 |
Doğum yeri | Ağkilsə (Göyçə), Basarkeçər, Qərbi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Ağkilsə (Göyçə), Basarkeçər, Qərbi Azərbaycan |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Atası | Məşədi Saleh |
Fəaliyyəti | şair |
Aşıq Qurban Vikimənbədə |
Həyatı
redaktəAşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş.
Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir.
Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır.
Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur.
Ədəbiyyat
redaktə- Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. - səh. 360.
İstinadlar
redaktə- ↑ "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.