Asiq Umbay - Wikipedia
Aşıq Umbay (Umbay Sadıq oğlu Axundov; 21 mart 1941, Laçın rayonu) — Azərbaycan aşığı, "Əməkdar mədəniyyət işçisi".
Aşıq Umbay | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Umbay Sadıq oğlu Axundov |
Doğum tarixi | |
Doğum yeri | Qarakeçdi Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıqlıq |
Musiqi aləti | Saz |
Albom şirkəti | 2 qramafon val (1989) |
Mükafatları | "Gənc Aşıqlar Festivalı" (1971), “Əməkdar mədəniyyət işçisi” (2016) |
Həyatı
redaktəAşıq Umbay 1941-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub.[1]
1946–1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953–1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir.[2]
Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir.
1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır.
1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır.
1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir.
Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır.
1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.[3]
Dövlət tədbirlərində mütamadi iştirak edən Aşıq Umbay hal-hazırda yazıb-yaratmaqla məşğuldur.
Mükafatları
redaktəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 iyul 2016-cı ildə Aşıq Umbay "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib.[4]
Kitabları
redaktə- "Laçında dillənən saz", 1992-ci il, 7 min tiraj.
İstinadlar
redaktə- ↑ Laçınlı Aşıq Umbayın Dədə Şəmşirlə görüşü //Ədalət.- 2015.-17 yanvar.- S.13.
- ↑ "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ "Azərbaycan aşıqlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 15.07.2016. 2016-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.