Asagi Ferecan - Wikipedia
Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Fərəcan | |
---|---|
39°31′43″ şm. e. 46°39′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəLaçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhalisi
redaktə2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Aşağı Fərəcan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 73. ISBN 978-9952-34-155-3.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |