Asagi Godekli - Wikipedia
Aşağı Gödəkli və ya Barquşat (erm. Բարգուշատ) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[2]
Kənd | |
Aşağı Gödəkli | |
---|---|
39°13′21″ şm. e. 46°27′58″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəRayon mərəkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Gedaklu formasında qeyd edilmişdir[3].
Toponim «aşağı» fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan gödəkli etnonimindən[4] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 74 nəfər[6], 1939 - cu ildə 87 nəfər, 1959 - cu ildə 95 nəfər, 1970-ci ildə 447 nəfər, 1979 - cu ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrın axırında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz doğma torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.127
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57, 134-135
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.57, 135