Asagi Tala - Wikipedia
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Tala | |
---|---|
41°36′12″ şm. e. 46°38′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 451 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Coğrafiyası və iqlimi
redaktəAşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır.[1] Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.[1]
Kəndin ərazisi 3.327 hektardır.[1]
Əhalisi
redaktə1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir.[1] Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.[1]
Etnik qrup | Sayı, 1970 sa.[2] | Nisbəti, 1970 sa.[2] |
---|---|---|
cəmi | 3 842 | 100 % |
azərbaycanlı | 3 738 | 99. 9 % |
ləzgi | 0.0 % | |
saxur | 0 | 0.0 % |
rus və ukraynalı | 5 | 0.1 % |
avar | 1 | 0.0 % |
tatar | 1 | 0.0 % |
erməni | 0 | 0.0 % |
Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur.[1]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir.[3]
Mədəniyyəti
redaktəKənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Tarixi abidələri
redaktə- Ömər Əfəndi ziyarətgahı.
Tanınmışları
redaktə- Qurban Qurbanov — keçmiş azərbaycanlı futbolçu, məşqçi.
- İlkin Qırtımov — azərbaycanlı futbolçu, Neftçi PFK nın müdafiəçisi.
- Sevil Qazıyeva — Azərbaycan SSR-də ilk qadın mexanizator.
- İsgəndər Dəmirbəyli — Qarabağ müharibəsidə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur
- Bədəlov Valeh Vahid oğlu -Vətən Müharibəsi Qəhrəmanı
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Zaqatala Rayon İcra Hakimiyyəti: İcra hakimiyyəti—>Bələdiyyələr—>Aşağ Tala bələdiyyəsi [ölü keçid]
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine
- ↑ "Xarici ölkələrin diplomatları "Qızılgüllər diyarı" Zaqataladan zəngin təəssüratlarla ayrılıblar". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |