Asina Chiaoho - Wikipedia
Asina Chiaoho - Wikipedia - Haqqında Məlumat
Çiao-Ho şahzadəsi — Göytürk şahzadəsi, Türgişlərin xatunu.
Aşina Çiaoho | |
---|---|
阿史那氏 | |
Türgiş xaqanlığının xatunu | |
718 və ya 723 – 738 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 695[1] |
Vəfat tarixi | ? |
Atası | Aşina Xuaytao |
Həyat yoldaşı | Suluk xan |
Dini | Tenqriçilik |
Həyatı
redaktəHaqqında məlumat azdır. Aşina Xuaytaonun böyük qızı olub, Suluk xanla evləndirilmişdi. Lakin, bu evliliyin tarixçəsi ilə bağlı olaraq tarixçilər ixtilaflıdır. Bir mənbəyə görə bu evlilik 718-ci ildə, başqa bir mənbəyə əsasən 14 yanvar 723-cü ildə baş vermişdir.[2] Mənbələrin verdiyi məlumata görə Suluk xanın ölümündən sonra oğlu Qut Çor xaqan olmuş, daha sonra Çinə qaytarılmışdılar.
Bəzi mənbələrə görə Aşina Çiaoho oğlu və qızıyla Çinə qayıtmış və Tulu Çunq adlı bir yerli əyanla evlənmişdi.[2] Mənbələrdə xatunun 726-cı ildə Ansi qubernatoru Tu Hsienlə mübahisəsinin baş verdiyi qeyd olunur.[3]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ China Biographical Database (ing.).
- ↑ 1 2 "Glen Dudbridge - Religious Experience and Lay Society in T'ang China: A Reading of Tai Fu's 'Kuang-i Chi', səh. 139". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-11.
- ↑ Christopher I. Beckwith - The Tibetan Empire in Central Asia: A History of the Struggle for Great Power Among Tibetans, Turks, Arabs, and Chinese During the Early Middle Ages, səh 98.