Asina Seer - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Aşina Şeer (taxt adı Tubu xaqan 都布可汗; 609 – 655, Çanqan) — Göytürk şahzadəsi, Qərbi Göytürk xaqanlığı taxtına iddiaçı.
Tubu xaqan 都布可汗 | |
---|---|
Aşina Şeer 阿史那社爾 | |
Qərbi Göytürk xaqanlığına iddiaçı | |
Vəzifədədir | |
628-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Çula xaqan |
Həyat yoldaşı | Şahzadə Xenqyanq |
Uşağı | Aşina Taoçen |
Dini | Tenqriçilik |
Həyatı
redaktə609-cu ildə doğulmuşdu. Atası Çula xaqan idi. 11 yaşında artıq To şad titulu ilə Qobi çölündə töleslər və seyantoları idarə edirdi. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra özünü Tubu xaqan adı ilə Qərbi Göytürk hakimi elan etsə də, nə nuşibilər, nə də tulular onun hakimiyyətini qəbul etmədi.
Bir müddət sonra 634-cü ildə Seyanto xanlığının hökmdarı İncu Bilgə xaqana qarşı yürüşə başlayan Şeer Şərqi Göytürk xaqanlığını diriltmək və İllig xaqanın qisasını almaq istəyirdi. Bununla belə İşbara Teriş xaqan onu dəstəkləmədiyi üçün bu plan da iflasa uğradı və Şeer Qaoçanqa sığındı.
Bu dəfə də İşbara Teriş xaqandan öz qısasını almaq istəyən Şeer 635-ci ildə Tan sülaləsinə sığındı. Sərkərdəlik verilən Şeer tezliklə imperatorun kiçik bacısı ilə də evləndi.
640-cı ildə Qaoçanq hökmdarı Ku Ventay (麴文泰) Qərbi Göytürklərlə ittifaqa girməsi Tan sülaləsi üçün yararlı bəhanə oldu. Qaoçanı mühasirədə saxlayan Xu Çünçinin ordusunda Şeer də iştirak edirdi. Bundan əlavə o Koquryo-Tan müharibəsində iştirak etmiş, minbaşı olmuşdu. Seyanto xanlığının işğalında da iştirak edən Şeer rüşvətə qarşı olması ilə tanınırdı.
647-ci ildə Kuça və Qaraşəhri işğal edən Çin ordusunun komandiri idi. Müavini isə başqa bir türk sərkərdə olan Kibi Heli idi. 653-cü ildə Sağ Ordular Sərkərdəsi təyin olunmuşdu.
655-ci ildə 46 yaşında vəfat etmişdir. Ölümündən sonra Yuan 元 (başçı) adı verilmişdir.
Ailəsi
redaktəTan sülaləsi imperatoru Qaoçunun 14-cü qızı Şahzadə Xenyanqla evlənmişdir. Oğlu:
- Aşina Taoçen (阿史那道真) — Hsü Renkuyun 670-ci ildəki Tibet yürüşündə iştirak etmişdir.
İstinadlar
redaktəMənbə
redaktə- Qədim Tan kitabı, cild 59
- Yeni Tan kitabı, 35-ci bioqrafiya