Abs Kinoaktyorlar Gildiyasi - Wikipedia
ABŞ Kinoaktyorlar Gildiyası 100.000-dən artıq film,televiziya aktyorları və arxa plan ifaçılarını təmsil eləyən işçi birliyi idi. 2008-ci ildə Gildiya üzvləri səs çoxluğu ilə Amerika Tv. və Radio Sənətçiləri Federasiyası ilə birləşmək qərarına gəldi və AKG-ATRSF-nı yaradıldı.
ABŞ Kinoaktyorlar Gildiyası SAG | |
---|---|
Yaranma tarixi | 12 iyul 1933 |
Ləğvolma tarixi | 30 mart 2012 |
sagaftra.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranma Səbəbləri
redaktə1930-cu illər , aktyorların çətin iş şəraitləri-falisəsiz işləməyə məcbur edilmələri,iş saatının uzunluğu,şəxsi və siyasi qərarlarına belə qarışılması,uzunmüddətli müqavilələr imzaladıqları üçün etiraz edə bilməmələri və prodüserlərin hansı rolla çıxış etmələrinə qərar verməsi bu birliyin yaradılması üçün başlıca səbəblər oldu.
Yaranması
redaktə1933-cü ildə birliyin əsası qoyuldu.Kinostudiyalarla ABŞ Kinoaktyorlar Gildiyası arasında ilk müqavilə 1937-ci ildə imzalandı,bununla da aktyorlar bir neçə hüquqa yiyələndilər. Ancaq yenə də aktyorlar kinostudiyaların "mülkü" sayılırdılar. Bu məqamda kömək artıq studiyaların mütləq güc olmasını qəbul etməyən Bett Deyvis və Oliviya de Hevillenddən gəldi. Warner Bros.un onu oynamağa məcbur etdiyi uyğunsuz rollardan bezən Bett Deyvis etiraz etdi və maaşı belə verilmədən işindən uzaqlaşdırıldı. Warner Bros. onun başqa studiyalarda işləməkdən məhrum edilməsi üçün məhkəməyə müraciət etdi ,o da öz növbəsində Warner Bros.u məhkəməyə versə də uduzdu. Oliviya de Hevillend də Küləklə Sovrulanlardan sonra daha yaxşı rollar tələb edirdi , bu da onun altı aylıq işdən uzaqlaşma almasına səbəb oldu. Yeddi illik müqaviləsi bitdikdə Warner Bros. onu buraxmaqdan imtina edib səbəb kimi altı ay işləməməsini göstərsə də Oliviya de Hevillend şirkəti məhkəməyə verir və qazanır ki, bu da diqqətləri kino bölməsindəki müddətli müqavilələrə çəkir və onların yenidən müzakirə olunmasına səbəb olur. 1948-ci ildə isə Amerika Ali Məhkəməsi kino biznesinin müstəqil qurumlara yol açacaq şəkildə yenidən qurulmasına qərar verdi. Bununla da aktyorlar öz kariyeralarını qurmaq azadlığı qazandılar.[1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.