Atr 72 - Wikipedia
Atr 72 - Wikipedia - Haqqında Məlumat
ATR 72 – Fransız-İtalyan şirkəti olan ATR tərəfindən istehsal olunmuş cüt turbo-pəvanəli regional təyyarədir. 62-74 sərnişin oturma yeri olan təyyarə tək sinif konfiqurasiyasına malikdir.
ATR 72 | |
---|---|
Tipi | Sərnişin təyyarəsi |
İlk uçuş | 27 oktyabr 1988 |
İstismara verilmə tarixi | 27 oktyabr 1989 |
Buraxılış sayı | 1.000[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzalar və İnsidentlər
redaktə- American Eagle Airlines, reys 4184, 31 oktyabr 1994 Rozenlou, İndiana ştatı, ABŞ. Qəzanın səbəbi: buz bağlaması. Qəzadan sonrakı dövrdə həm ATR şirkəti (buz əleyhinə səthin çəkilməsi), həm də American Eagle və Delta Connection şirkətlərinin (təyyarələrin ancaq xüsusi coğrafi şəraitdə – daha cənub zonalarda istifadəsi) gördüyü tədbirlərə baxmayaraq, təyyarə qanadlarının buz bağlaması səbəbindən qəza və insidentlər təkrarlanmışdır (Trans Asia Airways yük reysi 79, 21 dekabr 2002 və 2009-cu ildə daha kiçik ölçülü ATR-42 qəzaları).
- American Eagle Airlines reys 5401, 9 may 2004 San-Xuan, Puerto-Riko. Eniş zamanı qəzaya uğramışdır. 17 nəfərin xəsarət almasına baxmayaraq, hadisə nəticəsində ölən olmamışdır.
- Rusiyanın UTair şirkətinə məxsus UT-120 nömrəli reys üzrə Tümendən Surquta uçan təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılmış və nəticədə 39 sərnişin və 4 heyət üzvü olan təyyarədə 31 nəfər hadisə yerində həlak olmuş, 2 nəfər isə bir neçə gün sonra xəstəxanada vəfat etmişdir. Hadisənin səbəbi kimi təyyarənin səthinin buz bağlaması və piotların qəza anında düzgün qərar qəbul etməməsi göstərilir.[2]
İstifadəçilər
redaktə- Air Dolomiti
- American Eagle Airlines (39)
- Azərbaycan Hava Yolları (4)[3]
- Binter Canarias (13)
- FedEx Express (13)
- Delta Connection-Atlantic Southeast Airlines (12)
- Kingfisher Airlines (12)
- Air New Zealand (11)
- Mount Cook Airline as a subsidiary of Air New Zealand (11)
- Aer Arann (10)
- Alitalia Express (10)
- Jet Airways (10)
- TransAsia Airways (10)
- Vietnam Airlines (10)
Xüsusiyyətləri
redaktəÜmumi xüsusiyyətləri
redaktə- Ekipaj: 4 nəfər (2 pilot + 2 təyyarə bələdçisi)
- Sərnişin sayı: 62 – 74 nəfər
- Uzuluğu: 27,166 mm
- Qanad eni: 27,050 mm
- Hündürlüyü: 7,650 mm
- Qanadların sahəsi: 61,0 m²
- Boş çəkisi: 13 500 kq
- Dolu çəkisi: 22 670 kq
- Maksimal yüksəlmə çəkisi: 22 800 kq
- Mühərrik: 2 × Pratt & Whitney (Kanada) PW127M turbopropeller, 1 846 kV (hər biri 2 475 at gücu)
Göstəricilər
redaktə- Kreyser sürəti: 507 km/s
- Maksimal uçuş məsafəsi: 1 650 km
- Uçuş yüksəkliyi: 7 620 m
Qaleriya
redaktəİstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20150206114258/http://www.atraircraft.com/newsroom/pressrelease/atr-record-year-in-terms-of-sales-deliveries-turnover-and-backlog-1309-en.html.
- ↑ ATR-72 Arxivləşdirilib 2012-04-06 at the Wayback Machine — Beynəlxalq Aviasiya Komitəsi
- ↑ ATR 72-500 AZAL[ölü keçid]