Abadkend - Wikipedia
Abadkənd (1954-cü ilədək "Cındırlı" və ya Candarlı) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2956 nəfərdir (2008). Rayon mərkəzindən 22 km şimal-şərqdə, Cənub-Şərqi Şirvan düzündədir. Əhalisi heyvandarlıqla məşğuldur. Orta məktəb, ibtidai məktəb, mədəniyyət evi, kitabxana, ambulatoriya var.
Abadkənd | |
---|---|
39°45′ şm. e. 49°01′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Adı
redaktə2007-ci ildə nəşr edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabının 6-cı səhifəsində verilən məlumata əsasən: Abadkənd — sadə oykonimdir. 1954-cü ilədək Cındırlı (əsli Candarlı) olmuşdur. Cənub-şərqi Şirvan düzündədir. Oykonim abad və kənd topokomponentlərindən düzəlib, "müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan, məskun edilmiş, səliqəli, inkişaf etmiş, becərilmiş, düzəldilmiş yer, yaşayış məntəqəsi" deməkdir. Abad topokomponenti çox vaxt şəxs adlarına qoşularaq rus dilindəki -qrad, -ovka, yunan dilindəki -pol, alman dilindəki — burq topoformantlarına uyğun gəlir və memorial toponimlərin yaranmasında iştirak edir. Bu topokomponento hind, Pakistan, fars, türk (həmçinin digər türkdilli xalqlar) toponimiyasında rast gəlmək mümkündür. Candarlı toponiminə gəlincə, bu toponimə Çandır/Çandar/Candar variantlarında Türkmənistan, Özbəkistan, Gürcüstan toponimiyasında təsadüf olunur. Azərbaycanının Qazax-Ağstafa bölgəsində Candar göl hidronimi və Çəndirli familiyası da qeydə alınmışdır. XIX əsrdə Azərbaycanın keçmiş Cavad qəzasında yaşayan Xələclərin bir tirəsinin adı Candır olmuşdur. İndiki Abadkənd kəndinin Xələc i.ə.v.-nin tərkibində olması bu toponimin etnotoponim olmasını söyləməyə əsas verir. Candar etnonimi Səlcuq oğuzları ilə əlaqələndirilir.
Mənbə
redaktəFoto məlumatlar
redaktəAbadkənd kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine
Xarici keçid
redaktəİstinadlar
redaktə Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |