Abastumani - Wikipedia
Abastumani — Kutaisi quberniyasının Zuqdidi qəzasında (indi Adıgün rayonunda) kənd adı.
Abastumani | |
---|---|
აბასთუმანი | |
41°45′07″ şm. e. 42°49′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.340 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 366 |
Poçt indeksi | 0301[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəGürcüstanda dağ-iqlim kurortu. Kiçik Qafqazın Mesxeti silsiləsinin cənub yamaclarında, 1250–1450 metr yüksəklikdə, Axaltsixe qəzasının 28 km-liyindədir. İynəyarpaqlı meşəlikdədir. Mülayim iqlimi (orta aylıq temperatur yanvarda –6˚C) təmiz və şəffaf havası ilə səciyyələnir. Əsasən, ağ ciyər vərəminin müalicəsi üzrə ixtisaslaşdırılmışdır.
Toponimkası
redaktəYerli tələffüz forması (əsli) Abastuban. Əhalisi 1944-cü ildə deportasiya edilmiş Axısqa türklərinin yaşadığı kəndlərindəndir. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Yuxarı və Aşağı Abastuman kənd adları ilə mənaca eynidir. Xəzərlərin Abas tayfasının adından və qədim türkmənşəli Tuban (Duvan) tayfasının adından ibarətdir. Axalsix rayonunda Mesxeti türklərinin Qara Tuban, Korntuban və Zeduban kənd adları ilə mənaca eynidir. Azərbaycanda Duvannı (indi Qobustan) toponimi ilə bir mənadadır.[3]
İstinadlar
redaktə- ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
- ↑ http://georgianpost.ge/?site-lang=ka&site-path=help%2Fzipcodes%2F&group=3.
- ↑ B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008