Abbasqulu Aga Bakixanovun Ev Muzeyi - Wikipedia
Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi — 7 iyul 1999-cu il tarixində Amsar kəndində istifadəyə verilən A. A. Bakıxanovun Ev Muzeyi Azərbaycanın görkəmli, tarixi şəxsiyyəti A. A. Bakıxanovun XVIII əsrdə yaşadığı ərazidə yaradılmışdır. Ekspozisiyada A. A. Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur[1].
Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi | |
---|---|
Açılış tarixi | 1999 |
Mövzu | Muzey |
Yerləşir | Quba rayonu, Amsar kəndi |
Kolleksiyası | 300 eksponat |
Direktor | İradə Əlməmmədova |
Telefon | (+994 23) 335-36-75 |
İş rejimi | (I – V) 09:00 – 18:00 |
Muzeyin yaranması
redaktəQubada, Amsar kəndi XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A. Bakıxanovun ev-muzeyi yaradılıb.[2].
Muzeyin eksponatları
redaktəAbbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları burada qorunub saxlanılır. Muzeydə Abbasqulu Ağa Bakıxanovun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır. Muzeydə A. A. Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır[3].
Muzeydə "Gülüstan" adlı elmi-ədəbi məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır[4].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Xan nəvəsinin Qubadakı ev muzeyi". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ "Abbasqulu ağa Bakıxanovun xatirə muzeyi". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ "Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ "Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.