Abdulla Abdullayev Gulesci - Wikipedia
Abdullayev Abdulla Həsən oğlu (19 avqust 1932, Dərbənd, Dağıstan) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası.
Abdulla Abdullayev | |
---|---|
Abdulla Həsən oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Dağıstan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Mehparə Səfərova |
Uşaqları |
Rəşid Abdullayev Vahid Abdullayev Elmira Abdullayeva |
Atası | Həsən Abdullayev |
Anası | Qızbəsti İbrahimova |
Fəaliyyəti | Pəhləvan |
Fəaliyyət illəri | 1951-1988 |
Mükafatları | SSRİ çempionu, Ermənistanin mütləq çempionu, dünya rekordçusu |
Həyatı
redaktəAbdulla Abdullayev 1932-ci il avqustun 19-da Dağıstan MR Dərbənd şəhərində dünyaya gəlmişdir. Uşaqlığı Zəngəzur mahalında keçmişdir. 1955-ci ildə Qafan şəhərində orta məktəbi bitirmişdir. 1951-ci ildə Qubadlı rayonunun idmançıları sırasında Bakıya gəlir, Azərbaycan çempionatında iştirak edir və iki pudluq daş qaldırma yarışında Azərbaycan və SSRİ mütləq çempionu adına layiq görülür. Elə həmin il Azərbaycanın güləş üzrə çempionu olur.
1953–1956-cı illərdə Ukraynanın Kiyev şəhərində Sovet Ordusunda xidmət edən zaman güləş və daş qaldırmaq üzrə spartakiadanın mütləq çempionu olur, marşal Çuykov şəxsən ona qızıl saat bağışlayır. 1954-cü ildə ordu birinciliyində ona məğlub olan Ukrayna çempionu Qriqori Qamfil 1955-ci ildə dunya çempionu adını qazandı.
1956-cı ildə ordudan tərxis olunduqdan sonra Bakıya gəlir və ikiqat dünya çempionu, SSRİ xalq artisti, pəhləvan Sali Süleymanla görüşür və sonralar onun sevimli şagirdi olur.
Gürcüstan və Şimali Qafqazın müxtəlif rayonlarında qastrollardan uğurla qayıdan gənc bahadır "QAFQAZ QARTALI" ləqəbini qazanaraq, asanlıqla iki qolu üzərində 20 nəfər saxlayır, qalın armaturu əyir, yoğun dirəyi boynunda sındırır, üstündən 5 tonluq avtomobil keçirdi. 1956–1960-cı illərdə gənc pəhləvan həm də Azərbaycan çempionu fəxri adını qazanır.
Sonradan Ermənistana qayıdan pəhləvan 1960-cı ildə biri beş pudluq, digəri iki pudluq (yəni 112 kq) ağırlığında daşları sağ əli ilə qaldıraraq dünya rekordçusu oldu.
Ailə quran pəhləvanın üç övladı dünyaya gəldi. Qafan şəhərinə qastrola gələn ağırlıq qaldırmaq üzrə dünya çempionu, erməni əsilli Serqo Ambarsumyan Abdullanı səhnəyə dəvət etdi və fil gövdəli, uzun qolları ilə onu qucaqlayıb yerdən üzmək istədi, lakin Abdulla onu qabaqlayaraq başının üstünə qaldırdı, tamaşaçılar yerlərindəcə donub qaldılar.
1982–1986-cı illərdə daşoynatma üzrə Ermənistanın mütləq çempionu olmuş, 1985-ci il noyabrın 22–24-də Rusiyanın Lipetsk şəhərində daşoynatma üzrə keçirilən Ümumiittifaq yarışlarında 90 kq çəki dərəcəsində SSRİ çempionu adını qazanmışdır.
Abdulla pəhləvanın şagirdlərindən Zəngəzur mahalından Xudayar Cəfərov, milli qəhrəman Əliyar Əliyev Qubadlı, Qərib pəhləvan Cəbrayıldan, oğlu — daşoynatma üzrə 70 kq çəki dərəcəsində SSRİ çempionu, altıqat Ermənistan çempionu Rəşid Abdullayev və başqalarını göstərmək olar.
Titulları
redaktə- Azərbaycan çempionu, 1951, 1956.
- güləş və daşoynatma üzra SSRİ çempionu, 1985, 22 noyabr, Lipetsk şəhəri.
- Ermənistan SSR çempionu, 1982–1988.
- dünya rekordçusu, 1960, Yerevan.
Mənbə
redaktə- Sabir Cəlal oğlu Əsədov "Zəngəzur qartalı", 1998, Bakı, Gənclik nəşriyyat, ISBN 5-8020-1382-6