Abirjit Banerji - Wikipedia
Abirjit Vinayak Banerji (Benqal dili: অভিজিৎ বিনায়ক বন্দ্যোপাধ্যায়); 21 fevral 1961[1][2], Bombey[5]) — əslən Benqaldan olan Hindistan və amerikalı iqtisadiyyatçı.[6][7] O, Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə professordur. Banerji 2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Ester Düflo və Maykl Kremerlə bölüşüb. Onlar qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə bu mükafata layiq görülüblər.[8][9] Banerji həyat yoldaşı Ester Düflo ilə birlikdə tarixdə Nobel mükafatını qazanan 6-cı cütlük olub.[10][11][12]
Abirjit Banerji | |
---|---|
ing. Abhijit Vinayak Banerjee | |
Doğum tarixi | 21 fevral 1961[1][2] (63 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşağı | 3 |
Elm sahəsi | İnkişaf iqtisadiyyatı |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Erik Meskin |
Üzvlüyü |
|
Mükafatları | |
economics.mit.edu/facult… | |
Vikianbarda əlaqəli mediafayllar |
Banerji iqtisadçı Ester Düflo və Sendhi Mullaynathanla birlikdə Abdul Lətif Cəmil Yoxsulluq Hərəkəti Labaratoriyasının qurucularından biridir.[13] O, həmçinin Yosuluq Hərəkəti üçün Yeniliklərin araşdırmaçı şəriyi və Maliyyə Sistemləri və Yoxsulluq bağlı Konsorsiumun üzvüdür. Bundan əlavə, Banerji Bureau İnkişafın İqtisadi Analizində Araşdırmada prezident, Milli Bureau İqtisadi Araşdırmasının araşdırma köməkçisi, İqtisadi Siyasət Araşdırması Mərkəzinin tədqiqatçı üzvü, Kiyel İnstitutunun beynəlxalq tədqiqat üzvü, Amerika İncəsənət və Elmlər Akademiyası və Ekonometrika Cəmiyyətinin üzvü vəzifələrini icra edir. O, həmçinin Quqqenheym və Alfred P. Sloan Üzvü olmuşdur. O, ''Yoxsul İqtisadiyyat'' kitabının müəlliflərindən biridir. Bundan başqa, Banerji Hindistanın texnologiya və elmdə qabaqcıl unviversiteti sayılan Plakşa Universitetinin akademik məsləhət şurasında öz töhfələrini verir.[14] Onun Ester Düflo ilə birlikdə yazdığı yeni kitabı Çətin Vaxtlar üçün Yaxşı İqtisadiyyat kitabı 2019-cu ilin oktyabrında Hindistanda çap edildi.[15]
Həyatı
redaktəBanerji 21 fevral 1961-ci ildə Hindistanın Mumbay bölgəsində dünyaya gəlib. Atası Dipak Banerji Qərbi Benqalın Kəlküttə bölgəsindəki Prezident Kollecində İqtisadiyyat Şöbəsinin rəhbəri, anası Nirmala Banerji Kəlküttə Humanitar Elmlər üzrə Tədqiqatlar Mərkəzində iqtisadiyyat professoru idi. Atası Dipak Banerji fəlsəfə doktoru ünvanını London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində almışdır.[16]
Orta məktəbi Kəlküttədə bitirdikdən sonra Banerji 1981-ci ildə iqtisadiyyat üzrə bakalvr dərəcəsini tamamladığı Kəlküttə Prezident Kollecinə daxil olmuşdu. Daha sonra o, Dehlinin Cavaharlal Nehru Universitetində 1983-cü ildə iqtisadiyyat üzrə magistratura təhsili almışdır.[17] Burada təhsil alarkən tələbə etirazlarına qoşuduğu üçün həbs edilmiş, ancaq daha sonra sərbəst buraxılmış və tələbələrə qarşı olan ittihamlar geri çəkilmişdi.[18][19][20] Bundan sonra o, 1988-ci ildə Harvard Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru ünvanını qazanmışdır. Onun dissertasiya mövzusu "İnformasiya iqtisadiyyatında esseylər" olmuşdur.[21]
Nobel mükafatı
redaktəAbirjit Banerji 2019-cu ildə Ester Düflo və Maykl Kremerlə birlikdə "qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə" İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
İsveç Kral Elmlər Akademiyasındakı press-relizdə belə qeyd edilib: "Onların təcrübi araşdırma metodları indi bütün inkişaf iqtisadiyyatında üstünlük yaradıb"
Nobel komiteti öz şərhində:
Banerji, Düflo və Maykl Kremer şagirdlərin məktəbdə keçirdikləri əlavə günlərdə heç nə öyrənmədiyi qənaqətinə gəldilər. Keniyadakı məktəblərdə bir çox zəruri vəsait olmadığı halda dərsliklərə xərcləmə etmək ddə öyrənməyə təkan vermirdi. Üstəlik, Hindistan kontekstində Banerji və Düflo araşdırma aparmağı planlaşdırdıqda, bir çox uşağın çox az şey öyrəndiyini gördü: Vadodara şəhərində keçirilən sınaq imtahanlarının nəticələrinə görə, üçüncü sinif şagirdlərinin hər beşindən biri birinci sinif kurikulum riyaziyyat test suallarına düzgün cavab verə bilirdi. Bu cür tapıntılara cavab olaraq, Banerji, Düflo və Kremer, daha çox uşağın məktəbə getməsi üçün səylərin məktəb keyfiyyətinin yaxşılaşdırılması üçün aparılan islahatlarla paralel aparılmalı olduğunu müdafiə etdilər. |
Əsərləri
redaktə- Aqhion, Filippi; Banerji, Abirjit (2005). Dəyişkənlik və Böyümə. Oksford; Oxford University Press.
- Banerji, Abirjit Vinayak; Binabu, Roland; Mukhirji, Dilip, eds. (2006). Yoxsulluğu Anlamaq. Oksford; Nyu York; Oxford University Press.
- Banerji, Abirjit Vinayak (2005). Yardım İşi Etmək. Kembric: MIT Press.
- Banerji, Abirjit V.; Düflo, Ester (2011). Yoxsul İqtisadiyyat: Qlobal Yoxsulluq ilə Mübarizədə Radikal Düşüncə. Nyu York; PublicAffairs.
- Banerji, Abirjit Vinayak; Düflo, Ester (2017). Sahə Təcrübələrinin Kitabçası. 1-ci bölmə. North–Holland
- Banerji, Abirjit Vinayak; Düflo, Ester (2017). Sahə Təcrübələrinin Kitabçası. 2-ci bölmə. North–Holland
- Banerji, Abirjit Vinayak (2019). Yoxsulluq Düzəlişlərinin Qısa Tarixi. Juggernaut Books.
- Banerji, Abirjit V.; Düflo, Ester (2019). Çətin Vaxtlar üçün Yaxşı İqtisadiyyat. PublicAffairs.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Contemporary Authors (ing.). Gale. ISSN 0275-7176; 0010-7468
- ↑ 1 2 Abhijit Banerjee // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://www.amacad.org/person/abhijit-vinayak-banerjee.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #12922202X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Abhijit Vinayak Banerjee Economics Department MIT". Massachusetts Institute of Technology. 14 October 2019. 27 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ "Economics Nobel for Indian-American | Tribune India". tribuneindia.com. 15 October 2019. 15 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2019.
- ↑ "The Prize in Economic Sciences 2019" (PDF) (Press-reliz). Royal Swedish Academy of Sciences. 14 October 2019. 14 October 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 December 2019.
- ↑ Desk, The Hindu Net. "Abhijit Banerjee among three to receive Economics Nobel". The Hindu (ingilis). 14 October 2019. ISSN 0971-751X. 14 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ "Abhijit Banerjee, Esther Duflo Winning the Nobel Prize Together is #CoupleGoals". News 18. 14 October 2019. 8 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ Hannon, Dominic Chopping and Paul. "Nobel Prize in Economics Awarded for Work Alleviating Poverty". WSJ. 16 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ "Abhijit Banerjee Facts". Nobel Prize. 8 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2019.
- ↑ "Abhijit Banerjee, Esther Duflo and Michael Kremer win 2019 Nobel Economics Prize". The Times of India. 14 October 2019. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2019.
- ↑ "Plaksha University". plaksha.org (ingilis). 23 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ Good Economics for Hard Times by Abhijit V. Banerjee and Esther Duflo. PublicAffairs. 5 March 2019. 28 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2019.
- ↑ "Teachers do not die — Dipak Banerjee (1930–2007)". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
- ↑ "Abhijit Banerjee Short Bio". Massachusetts Institute of Technology • Department of Economics. 24 October 2017. 27 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2017.
- ↑ "When Nobel Laureate Abhijit Banerjee was Jailed in Tihar for 'Gheraoing' JNU Vice Chancellor". News18. 14 October 2019. 14 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ "Abhijit Banerjee: Some personal recollections". The Economic Times. 14 October 2019. 15 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ "The Nobel Laureate in Jail!". Shemin Joy. Deccan Herald. 14 October 2019. 14 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2019.
- ↑ "Abhijit Banerjee CV". economics.mit.edu. 14 October 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 October 2019.