Acibac - Wikipedia
Acıbac (erm. Աջաբաջ, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik dağ kəndi.
Acıbac | |
---|---|
39°15′ şm. e. 46°05′ ş. u.HGYO | |
Ölkə | |
Region | Sünik mərzi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangölçayın sahilində, dəniz səviyyəsindən 1929 m[2] yüksəklikdə, Zəngəzur dağlarının ətəyində, Qazangöldən 12 km məsafədə yerləşir.
Tarixi
redaktəAcıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiş və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır.[3]
Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937–39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır. Acıbac kəndindən 38 nəfər İkinci dünya müharibəsində iştirak etmiş, onlardan 17 nəfəri geriyə qayıtmamışdır.
Etimologiyası
redaktəOsmanlı İmperiyasının 1593-cü ildə tərtib etdiyi "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə kəndin adı "Acbacı" şəklində göstərilmişdir. Xalq etimologiyası ilə "acı bacı" kimi izah edilir.
Əhalisi
redaktə1886-cı ilin statistik məlumatlarına görə kənddə 202 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci il deportasiyasına kimi kənddə bütünlüklə azərbaycanlılar yaşasa da, kənd əhalisinin kəndlərindən çıxarılmasından sonra kəndə ermənilər köçməyə başlamışlar.
Ermənistan Respublikası Statistika Xidmətinin 2001-ci ilin yekun rəsmi statistikasına görə kənddə 30 nəfər yaşayır.
Kəndin toponimləri
redaktə- Toxmaq
- Maralölən çeşməsi
- Çobanöldürən bulaq
- Baldırqanlı bulaq
- Əbədərə
- Qarayataq
- Məmmədlər
- İlbənd
- Dəf
- Daşkörpü
- Motalqaya
- Sarıyurd
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ "www.gazetteering.com: Ajabaj (Armenia)". 2014-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-08.
- ↑ Musa Urud: "Zəngəzur", Bakı, "Nurlar", 2005. səh. 313–314