Adam Film 2010 - Wikipedia
Adam qısametrajlı bədii filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1996-cı ildə çəkilmişdir. Film 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yeni dalğa" prodüser mərkəzində tamamlanmışdır. Filmdə Əhməd kişinin timsalında tənhalıq problemi əks etdirilir. Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir. Filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.
Adam | |
---|---|
Adam | |
Janr |
qısametrajlı dram |
Rejissor | Şamil Mahmudbəyov |
Prodüser | Rasim Həsənov |
Ssenari müəllifləri |
Balaş Abbaszadə Nəriman Əbdülrəhmanlı |
Baş rollarda |
Arif Kərimov Ruslan Nəsirov Rahib Əliyev Arif Qasımov İdris Rüstəmov Bəhram Bağırzadə Elxan Quliyev |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yeni Dalğa" Prodüser Mərkəzi |
İlk baxış tarixi | 2010 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 37 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2010 |
Rəng | ağ-qara |
Məzmun
redaktəFilmdə Əhməd kişinin (Arif Kərimov) timsalında tənhalıq problemi əks etdirilir. Əhməd tək yaşayır. Dost-tanışlardan heç kəs onu axtarmır, onunla maraqlanmır. Əhməd özü onları tapmaq qərarına gəlir. Şəhərdə bir neçə dost-tanışını görür, lakin onlar da müxtəlif bəhanə ilə onunla görüşməyi ləngidirlər. Hətta dostu Elxan (Elxan Quliyev) da təyin olunan yerə gəlib çıxmır. Əhməd çarəni xəstəxanada yatmaqda görür. Sağlam olduğu halda özünü xəstəliyə vuran Əhmədin ilk günlər planı baş tutur. Dost-tanışları onun başına yığışırlar. Lakin yenə ara səngiyir. Tənhalıq xəstəlikdir, tənhalıq ölümdür. Nəhayət tənhalıq sağlam Əhməd kişini də öldürür...
Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir.
Film haqqında
redaktəFilmin çəkilişləri 1996-cı ildə həyata keçirildi. Lakin rejissor Şamil Mahmudbəyovun səhhətinin pisləşməsi filmi yarımçıq qoydu.[1] Rejissor 1997-ci ildə vəfat etdi.[2] 13 il sonra film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yeni dalğa" prodüser mərkəzində tamamlanmışdır.
Filmin üzərində işləyənlər
redaktəSsenarist: Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlı
Rejissor: Şamil Mahmudbəyov
Operator: Nizami Abbas
Prodüser: Rasim Həsənov
Rollarda
redaktəArif Kərimov — Əhməd
Ruslan Nəsirov — Daşdəmir
Rahib Əliyev — Yusif
Arif Qasımov — Səməd
İdris Rüstəmov — Yaqub
Bəhram Bağırzadə — kommersant
Elxan Quliyev — Elxan
İstinadlar
redaktə- ↑ "Film kimi ömür". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
- ↑ Şahanə Müşfiq. ""Şərikli çörək"lə qazanılan şöhrət" (az.). Azərbaycan Milli Kitabxanası. 08.12.2018. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.