Adana Metropoliteni - Wikipedia
Adana metropoliteni Adana şəhərində yerləşən, 13 metrostansiyanı özündə birləşdirən və 13.5 kilometr uzunluğa sahib dəmiryolu sürətli yol sistemidir. Saatda 21 min 600 sərnişinin istifadəsinə yararlıdır. Dayanmalar nəzərə alınmaqla başdan sona bütün metrostansiyalar arasındakı məsafə müddəti 21 dəqiqədir. Metropolitenin proyektinin əsası 1988-ci ildə qoyulmuşdur. Metro xidməti səhər 6:00-dan başlayaraq axşam 23:30-a qədər davam edir. Həftəiçi qrafika 10 dəqiqə aralıqla, həftsəonu isə 15 dəqiqə aralıqla fəaliyyət göstərir.
Adana metropoliteni | |
---|---|
| |
Məlumat | |
Açılış tarixi | 2009 |
Marşrut şəbəkəsi | |
Stansiyaların sayı | 13 |
Vikianbarda əlaqəli mediafayllar |
Adana metropoliteninin xranologiyası
redaktə1988-ci ildə Adana metropoliteninin proyekti qurulmuşdur
1996-cı ildə Adana metropoliteninin tikintisinə başlanmışdır
2000-ci ildə ödəniş olmadığından Adana metropoliteninin tikintisi dayandırılmışdır
2006-cı ildə Adana metropoliteninin tikintisinə təzədən başlanmışdır
2009-cu ilin Aprel ayında seçkilər səbəbilə Adana metropoliteninin 8,5 km-lik hissəsi istifadəyə verilmiş ancaq seçkilərdən bir neçə ay sonra istifadəsi dayandırılmışdır
2010-cu ilin May ayında Adana metropoliteninin istifadəyə verilmişdir
Stansiyalar
redaktəStansiya | Nəqliyyat səviyyəsi | Keçid | Marşrut xətti |
---|---|---|---|
Xəstəxana | Yeraltı | Turqut Özal Bulvarı | Bahçeşehir — Carrefour marketlər şəbəkəsi — Adana Kup[1] |
Anadolu Liseyi | Yeraltı | Turqut Özal Bulvarı | Seyhan Hospital — Qurdtəpə — Dəmirəl Bulvarı |
Hüzurevi | Yerüstü | ||
Bulvar | Yerüstü | ||
Yurd | Yerüstü | Barış Manço Bulvarı, PTT küçəsi, HayalPark, Bulvar, Çətinqaya | |
Yaşılyurd | Yerüstü | ||
Fateh | Yüksəklik | Qaraisalı mikro-avtobusları | Qayıboyu küçəsi, Camalpaşa, Xəstəxanalar |
Vilayət | Yeraltı | Adana Qataryolu stansiyası | Valilik, Stansiya küçəsi, Qatar deposu, Atatürk küçəsi, Atatürk Park |
İstiqlal | Yeraltı | Dövlət yolu | |
Qocavəzir | Yüksəklik | Baxım Yurdu küçəsi, Qurukörpü, Kiçiksaat, Saydam küçəsi, Obalar küçəsi | |
Hürriyyət | Yüksəklik | Seyhan çayı, Ağqapı mikro-avtobusları | |
Cümhuriyyət | Yüksəklik | Qaradaş marşrutu, Mikro-avtobuslar, Seyhun çayı | |
Axınşılar | Yüksəklik | Dövlət yolu & Yüreğir Avtobus terminalı | Qozan Yolu avtobusları:110, 113, 114, 116, 118 və 126 |
Adana metropoliteninin texniki parametrləri
redaktəXətt uzunluğu(gediş-gəliş): 13.5 km
Stansiyalarının sayı: 13
Nəqliyyat vasitələrinin sayı sayı: üçlü qatarlar şəklində 350 nəfərlik 36 nəqliyyat vasitəsi
Tutumu : 660.000 nəfər/gün (2.tur tamamlananda)
Enerji təminatı : 750 V DC
Maksimal sürət : 80 km/saat
Bilet sistemi : Kentkart
Nəqliyyat vasitələrinin maksimal sürəti saatda 80 km, sərnişin tutumu 311 nəfər, uzunluğu 27 metr, eni 2,65 m, kütləsi 41 tondur. Hər üç nəqliyyat vasitəsi bir qatar olmaqla cəmi 12 qatardan ibarətdir.
İstinadlar
redaktə- ↑ "ÜCRETSİZ Metro Ring Seferleri Hizmete Başlamıştır" (Turkish). Adana Büyükşehir Belediyesi [Adana Metropolitan Municipality]. 25 February 2011. 29 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.