Adidas - Wikipedia
Adidas AG — Almaniyanın sənaye şirkətidir. İdman ayaqqabıları, geyimləri və digər inventarın istehsalı üzrə ixtisaslaşmışdır. Şirkət eyni zamanda Adidas, Reebok, RBK & CCM Hockey və Taylor-Made Golf markalarının satışını həyata keçirir.
Adidas AG | |
---|---|
Adidas | |
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Məhsulları | İdman ayaqqabıları, geyimləri, aksessuarları və avadanlıqları. |
Təsis tarixi | 1924(1949-da qeydiyyatdan keçib) |
Baş qərargahın yeri | Hertsoqenaurax, Bavariya, Almaniya |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | ▲€ 10 799,0 milyon (2008) |
Xalis mənfəəti | ▲€ 642,0 milyon (2008) |
Əməliyyat mənfəəti | ▲€ 1 070,0 milyon (2008) |
Struktur | |
İşçi sayı | 38 980 (2008) |
Rəhbərlik | |
Təsisçi | Adolf Dassler |
Adidas-group.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin 2008-ci il üçün dövriyyəsi 10,8 milyard avro olmuş, 2007-ci il üçün isə bu rəqəm 10,3 milyard avro olaraq açıqlanmışdır.
Tarix
redaktəBirinci dünya müharibəsindən qayıtdıqdan sonra Adolf (Adi) Dassler öz idman ayaqqabılarının istehsalına anasına məxsus olan çamaşırxanada başlamışdır. 1924-cü ildə isə onun qardaşı Rudolf (Rudi) Dassler də işə qoşuldu və Gebrüder Dassler Schuhfabrikin (Dassler qardaşlarının ayaqqabı fabriki) əsası qoyuldu.
1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya oyunlarında, Adi Dassler bir sıra atleti geyim və inventarla təmin edərək şirkətin beynəlxalq bazara çıxmasına təkan verdi. 1936-cı il Berlin Olimpiadasında Dasslerin təmin etdiyi ayaqqabılarla ABŞ təmsilçisi Cess Ovens dördqat qızıl medal sahibi olmuşdur.
İkinci dünya müharibəsi zamanı Dassler qardaşlarının ayaqqabı fabriki tanklara qarşı istifadə edilən "Panzerşrek" (Panzerschreck) silahının istehsalı məqsədilə istifadə olunurdu.
1948-ci ildə qardaşlar müəssisəni ayırmaq qərarına gəldilər. Beləliklə, Rudi Dassler Puma şirkətini, Adi Dassler isə Adidası təsis etdi.
Şirkət ilkin olaraq 1949-cu il 18 avqust tarixində "adidas AG" (kiçik hərflərlə) olaraq qeydiyyatdan keçmişdir. Şirkətin adının ingilis dilində — "All Day I Dream About Sports" cümləsinin abbreviaturasından götürüldüyü iddia olunsa da, bu həqiqəti əks etdirmir və sonralar yaranmış bekronimdir. Əslində isə "adidas" sözü Adolf Dasslerin ad və soyadının qısaldılmasından yaranmışdır.
Fəaliyyəti
redaktəKonsernin Almaniyada 8 müəssisəsi və Fransa, Böyük Britaniya, ABŞ, Kanada, CAR daxil olmaqla digər ölkələrdə 25 alt müəssisəsi fəaliyyət göstərir.
2009-cu ilə qədər aşağıdakı ticarət nişanlarını birləşdirmişdir:
- Adidas — yüngül atletika, amerika futbolu, tennis, fitnes, futbol, basketbol, idman yerişi və bir çox digər idman növləri üzrə geyim, ayaqqabı və aksessuarlar.
- Salomon — dağ xizəyi və təchizatı. (2008-ci ilin 2-ci yarısından etibarən Adidas Ltd. tərkibindən çıxmışdır.)
- Mavic — velosiped üçün hissələr.
- Bonfire Snowboarding Company — snoubordlar, idman ləvazimatı.
- Arc`Teryx
- Maxfli