Adil Eliyev Geoloq - Wikipedia
Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, professor.
Adil Əliyev | |||
---|---|---|---|
Adil Abas Əli oğlu Əliyev | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
||
Elm sahəsi | geologiya | ||
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru | ||
Elmi adı | professor | ||
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası | ||
Mükafatları |
|
Həyatı
redaktəAdil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.[1]
O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspiranturaya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geokimyası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.
Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.[2]
O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına,[3] 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə,[4] 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına (№001),[5] 2018-ci ildə “Şöhrət” ordeninə[6] layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.
Xarici keçidlər
redaktə- "Əliyev Adil Abas Əli oğlu" (az.). science.gov.az. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- "Palçıq vulkanizmi şöbəsi" (az.). science.gov.az. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Professor Adil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edirik!" (az.). science.gov.az. 2020-09-07. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Professor Adil Əliyev: "Azərbaycanın palçıq vulkanlarını ən müasir cihazlarla tədqiq edirik"" (az.). science.gov.az. 2022-09-02. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 dekabr 2005-ci il)" (az.). e-qanun.az. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (18 mart 2008-ci il)" (az.). e-qanun.az. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (26 may 2010-cu il)" (az.). e-qanun.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (13 noyabr 2018-ci il)" (az.). president.az. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.