Adil Bagirov Filoloq - Wikipedia
Adil Nəsib oğlu Bağırov (28 iyul 1947, Nursu, Şahbuz rayonu – 21 aprel 2016) — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014).[1][2]
Adil Bağırov | |
---|---|
Bağırov Adil Nəsib oğlu | |
Doğum tarixi | 28 iyul 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 2016 (68 yaşında) |
Atası | Nəsib Bağırov |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | dosent |
İş yeri | Naxçıvan Universiteti |
Təhsili | |
Üzvlüyü | AMEA |
Həyatı
redaktəAdil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.[1][2]
Əmək fəaliyyəti
redaktəAdil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzifəsini icra edib.[1][2]
Elmi fəaliyyəti
redaktəAdil Bağırov 1981-ci ildə "Türk dillərində yarımçıq feillər (Oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb. Adil Bağırov 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.[1][2]
Adil Bağırov 6 monoqrafiyanın, 5 kitabın, 2 dərs vəsaiti, 2 tədris proqramı və 120-dən çox elmi məqalənin müəllifidir.[1]
Elmi əsərləri
redaktə- Bağırov, Adil. Türk dillərində yarımçıq fellər. Bakı: APİ. 1993.
- Bağırov, Adil. Naxçıvanın hidronimləri. Bakı: Elm. 200.
- Bağırov, Adil. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm. 2002.
- Bağırov, Adil. Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü. Bakı: Nurlan. 2003.
- Bağırov, Adil. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə onomastik vahidlər. № 5-12. Bakı: "Azərbaycan və azərbaycanlılar” jurnalı. 2007. 226–230.
- Bağırov, Adil. Naxçıvan ərazisində qədim oğuzlarla bağlı toponimlərin tədqiqi. Ankara: VI Beynəlxalq Türk Dil Qurultayı. 2008.
- Bağırov, Adil. Naxçıvanın oykonimləri. Bakı: Nurlan. 2008.
- Bağırov, Adil. I cild // Onomalogiya problemləri. Bakı: Nurlan. 2010.
- Bağırov, Adil. II cild // Onomalogiya problemləri. Bakı: Nurlan. 2012.
- Bağırov, Adil. Oronimlərin linqvistik xüsusiyyətləri. Bakı: Nurlan. 2011.
- Bağırov, Adil. Osmanlı arxiv sənədlərində əksini tapan Naxçıvan oykonimlərinin tarixi-filoloji təhlili. № 1. Naxçıvan: AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, (İctimai və humanitar elmlər seriyası). 2014. 147–155.[2]
Vəfatı
redaktəAdil Bağırov 21 aprel 2016-cı ildə vəfat edib.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Bağırov Adil Nəsib oğlu" (az.). science.gov.az. 2017. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
- ↑ 1 2 3 4 5 "Bağırov Adil Nəsib oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.