Adnan Ersoz - Wikipedia
Adnan Ərsöz (türk. Adnan Ersöz; 1917, Kadıköy, İstanbul ili – 13 oktyabr 1991, Göztəpə[d]) — Türk generalı, Milli Kəşfiyyat Təşkilatı] rəhbəri.
Adnan Ərsöz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1991 |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | əsgər |
Rütbəsi | general |
Həyatı
redaktə1936-cı ildə Hərb Məktəbindən Kiçik leytenant olaraq məzun oldu. Türkiyə Silahlı Qüvvələrində müxtəlif addımlarda vəzifə yerinə yetirdikdən sonra 1963–1965 illəri arasında Tuğgeneral, 1965–1969-cu illər arasında Tümgeneral, 1969–1973-cü illər arasında General-leytenant, 1973–1977-ci illər arasında General rütbəsiylə xidmət gördü. Dövrün Quru Qoşunları Komandiri General Namiq Kamal Ərsun zərbə hazırlıqları içərisində olmaq səbəbiylə şəxsən Süleyman Dəmirəl tərəfindən təqaüdə göndərildi. Yerinə keçəcək komandir üçün Süleyman Dəmirəlin namizədi 3-cü Ordu komandiri Əli Fəthi Əsənər, Fəxri Korutürkün namizədi 1-ci Ordu komandiri Adnan Ersöz idi. 30 Avqusta qədər Adnan Ərsöz vəzifəyə vəkalət etmiş yerini Kənan Evrene təhvil vermişdir.
Təqaüdə çıxdıqdan sonra, 13 iyul 1978-ci il tarixində Milli İstihbarat Təşkilatı rəhbəri vəzifəsinə təyin edildi. 19 noyabr 1979-cu il tarixində vəzifəsindən istefa verdi. Məsləhətləşmə Məclisi Milli Təhlükəsizlik Şurası tərəfindən Seçilən Üzvü (5 yanvar 1982 – 6 dekabr 1983) olaraq vəzifə yerinə yetirdi. İstanbul Göztəpədəki evində biri qadın üç adam tərəfindən silahlı hücuma uğrayaraq həyatını itirdi. Hadisəni, DEV-SOL boynuna götürdü.