Adolf Ioffe - Wikipedia
Adolf Abramoviç İoffe (10 (22) oktyabr 1883, Simferopol[1] – 17 noyabr 1927[1][2], Moskva, RSFSR, SSRİ[3]) — komunist inqlabçı, bolşevik siyasətçi, kərami siyasətçi.
Adolf İoffe | |
---|---|
Адольф Абрамович Иоффе | |
Şəxsi məlumatlar | |
Doğum adı | Адольф Абрамович Иоффе |
Doğum tarixi | 10 (22) oktyabr 1883 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 noyabr 1927[1][2] (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, inqilabçı, siyasətçi |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəİnqilabçı karyerası
redaktəAdolf İoffe Rusiya İmperiyası dövründə Krımda, Simferopolda varlı ailədə anadan olub.[4][5] 1900-cü ildə orta məktəb illərində sosial demokrat fikirlərlə tanış oldu və 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü oldu. 1904-cü ildə həbs olunmaması üçün Bakıya göndərildi. Sonra Moskvaya göndərildi, lakin təhlükələrin davam etməsi səbəbilə xaricə getdi. 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü hadisələrindən sonra Rusiyaya qayıtdı və 1905-ci il Rusiya inqilabında fəal iştirak etdi.
1906-cı ildə sürgün edildi və 1906-cı ilin mayında yaşadığı Berlindən qovuldu. İoffü partiyadakı menşevik qrupu ilə hərəkət birgə etdi. Ancaq sonradan 1906-cı ilin mayında Vyanaya getdi və 1908–1912-ci illərdə "Pravda" qəzetində işləyən Lev Trotski ilə birlikdə çalışdı. Bu dövrdə Alfred Adler ilə birlikdə psixoanaliz və tibbi araşdırmalar etdi. Ailəsinin sərvətindən "Pravda"nı dəstəkləmək üçün istifadə etdi.[6]
1912-ci ildə Odessaya səfəri zamanı tutuldu və 10 ay Sibirdə həbsdə qaldı.
Diplomatik karyerası
redaktə1919–1920-ci illərdə Əmək və Müdafiə Şurası və Ukrayna SSR-da Xalq Komissarı vəzifələrində çalışmışdır. 1919-cu ilin martında VIII Partiya Qurultayında yenidən üzv seçilə bilmədi və bu müddətdən sonra böyük səlahiyyətlər ala bilmədi. 1920-ci ilin oktyabrında Polşa ilə atəşkəs danışıqları apardı və Estoniya, Latviya və Litva ilə sülh müqavilələri bağladı. 1921-ci ildə Sovet-Polşa müharibəsinə son qoyan Riqa müqaviləsini imzaladı.
1922-ci ilin fevralında Genuya konfransında Sovet nümayəndəsi idi. Elə həmin il konfransdakı təcrübələrindən bəhs edən qısa bir kitab nəşr etdi.[7] 1922-ci ilin aprelində Rapallo Müqaviləsinin imzalanması zamanı Leonid Krasin və Georgi Çiçerin ilə birlikdə Sovet nümayəndə heyətində iştirak etdi. Daha sonra Çin səfiri təyin edildi. 1923-cü ildə o dövrdə kommunistlərlə əməkdaşlıq edən Sun Yatsen ilə müqavilə bağlayaraq Çin Kommunistlərinə dəstək verdi.[8] 1923-cü ilin iyununda Yaponiyaya getdi və Sovet-Yaponiya əlaqələrini yaxşılaşdırmaq üçün danışıqlar apardı.[9] Bu dövrdə ağır xəstəlik keçirdi və Moskvaya qayıtdı. Daha sonra 1924-cü ildə İngiltərədə Sovet nümayəndə heyətində, Avstriyada isə 1924–26 illər arasında Sovet nümayəndəsi olaraq xidmət etmişdir.
1926-cı ildə xəstəliyinin ağırlaşması nəticəsində vəzifələrini yerinə yetirə bilməyib yarı təqaüdə göndərildi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Иоффе Адольф Абрамович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Adolf Abramowitsch Joffe // filmportal.de. 2005.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #120372258 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ See Albert S. Lindemann. Esau's Tears: Modern Anti-Semitism and the Rise of the Jews, Cambridge University Press, 1997; pg. 430.
- ↑ Ambassadors of the Soviet Union to Germany: Adolph Joffe, Vladimir Dekanozov, Nikolai Krestinsky, Konstantin Yurenev, Voldemar Aussem, LLC Books, 2010.
- ↑ Nadezhda A. Joffe, Back in Time: My Life, My Fate, My Epoch: The Memoirs of Nadezhda A. Joffe. Frederick S. Choate, trans. Oak Park, MI: Labor Publications, 1995; pg. 3.
- ↑ A. A. Ioffe (V. Krymskii), Genuezskaia Konferentsiia (The Genoa Conference). Moscow: Krasnaia Nov', 1922.
- ↑ See A Brief Chronology of China Since 1915 in K. S. Karol's China. The Other Communism, New York, Hill and Wang, 1967, ISBN 0-8090-1344-4 (1968 pbk)
- ↑ For a Trotskyist perspective on the impact of Joffe's visit on the Japanese Communist Party, see The Meiji Restoration: A Bourgeois Non-Democratic Revolution published in Spartacist, English edition, No. 58 Arxivləşdirilib 2018-09-27 at the Wayback Machine for 2004.