Adolf Andersen - Wikipedia
Karl Ernst Adolf Andersen (alm. Karl Ernst Adolf Anderssen ; 6 iyul 1818 - 13 mart 1879) — alman şahmatçısı, 1850-1860-cı illərin ən öndə gedən şahmat ustası. Ölməz Partiya və Həmişəyaşar Partiya oyunları ilə daha məşhurdur.
Adolf Andersen | |
---|---|
Karl Ernst Adolf Andersen | |
Ölkə |
Prusiya krallığı Almaniya İmperiyası |
Doğum tarixi | |
Doğum yeri | Breslav, indiki Vrotslav , Polşa |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAndersen, 1818-ci il iyulun 6-da Breslavlda (indiki Vrotslav) yoxsul ailədə anadan olmuşdur. 9 yaşında ikən şahmatla tanış olmuş və ömrünük axırınadək bu qədim müdrik oyuna bağlanmışdı. O, xüsusilə, Stammın məsələləri ilə daha çox maraqlanırdı. Çox keçməmiş Andersen özü də şahmat məsələləri tərtib etməyə başladı. Adolf Andersen 1842-ci ildə çapdan çıxmış "Şahmatçılar üçün məsələlər" Kitabı Andersenə böyük şöhrət qazandırır. Düzdür, həmin illər o, zəif şahmatçı sayılırdı və bir qayda olaraq keçirdiyi görüşlərdə məğlubiyyətə uğrayırdı. Lakin bütün bunlar onu ruhdan salmadı. Ona görə də keçmiş ustaların oyunlarını öyrənməyi qət etdi. İşgüzarlığı və inadkarlığı nəticəsində bir neçə ildən sonra Andersen öz şahmat biliyini nəzərə çarpaçaq dərəcədə artırdı. 1848-ci ildə Almaniyanın ən yaxşı şahmatçılarından biri olan Daniel Harrwitz-lə keçirdiyi görüşdə heç-heçəyə (5:5) nail olması isə onu daha da məşhurlaşdırdı. Qələbəyə bərabər olan bu heç-heçə Andersenə Londonda keçirilən birinci beynəlxalq turnirə getməyə imkan verdi. London turnirində kimin iştirak edəcəyi məsələsi ortaya çıxanda, Berlinin şahmat cəmiyyəti ilk beynəlxalq turnirdə yarışmağı ona həvalə etdi. Andersen Londonda ona bəslənilən ümidi doğrultdu. O yarışlara naməlum şahmatçı kimi başlayaraq, turniri qələbə ilə başa vurdu. Onun oyun tərzi hamını heyrətə gətirirdi. Andersen həmişə sürətlə hücuma keçərək, başgicəlləndirici kombinasiyalarla, qəfil taktiki zərbələrlə rəqibini çaşbaş salırdı. Avropanın ən güclü şahmatçıları onun «silahı» qarşısında davam gətirə bilmirdilər. London turnirindən qayıdandan sonra o, şahmatla az məşğul olur, ancaq riyaziyyat dərsi deməklə kifayətlənirdi. Bununla belə. O, müxtəlif şahmat kompozisiyaları yaratmaqla məşğul olur. Lakin 1862-ci ildə Andersen yenidən inamlı qələbələr qazanır. Həmin il Londonda keçirilən ikinci beynəlxalq turnirdə uğurla çıxış edərək, yenidən turnirin qalibi adına layiq görülür. 1870-ci ildə Baden-Badendəki böyük beynəlxalq turnir də onun inamlı qələbəsi ilə başa çatır. Bu qələbələr Andersenin adını daha da şöhrətləndirirdi. A. Andersen 1879-cu il martın 13-də vəfat etmişdir. Təvazökar riyaziyyat müəllimi Andersen şübhəsiz ki, dünyanın ən görkəmli şahmatçılarından biri olmuşdur. Onun yaradıcılığından çoxları bəhrələnmişdir. Təsadüfi deyildir ki, qrosmeyster R. Reti özünün şahmat dərsliyində tacsız dünya çempionu adlandırılan A. Andersen haqqında yazır: «Biz təkidlə tövsiyə edirik ki, şahmatın sirli dünyasına baş vuran hər bir kəs Andersenin bir sıra görüşlərini öyrənməlidir. Bu, nəinki şahmatçıya böyük zövq bəxş edər, həm də onun şahmat biliyinin artmasına kömək göstərər.
Xarici keçidlər
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #118502840 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.