Aerasiya - Wikipedia
Aerasiya - Wikipedia - Haqqında Məlumat
Aerasiya (q.yun. ἀήρ – hava) — havadəyişmə, havanı oksigenlə zənginləşdirmə.
Torpağın aerasiyası
redaktəTorpağın aerasiyası torpaq havası ilə atmosfer havası arasında qaz mübadiləsidir. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və mikroorqanizmlərin tənəffüsunə lazım olan oksigenlə, yerə yaxın hava təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə zənginləşir. Torpaq xırda dənəvar strukturlu olduqda aerasiyaya əlverişli şərait yaranır və bitki daha yaxşı inkişaf edir.[1]
İstinadlar
redaktə- ↑ Аерасија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 124.