Aerobus - Wikipedia
Aerobus - Wikipedia - Haqqında Məlumat
Aerobus — yaxın və orta məsafələrdə müntəzəm və qısamüddətli reyslər üçün çox sərnişin tutan nəqliyyat təyyarəsi.
Tarixi
redaktə1970-ci illərinin ortalarında dünya aviasiya sənayesində aerobusların yaradılmasına meyl artmışdır. Aerobuslar sərnişin daşınması intensiv olan marşrutlar üçündür. Qenrix Novojilovun rəhbərliyi altında konstruksiya-sınaq bürosunda 350 sərnişin tutacaq ilk sovet aerobusu İl-86 yaradılmışdır (1976). 4 ədəd ikikonturlu turboreaktiv mühərrikli İl-86 təyyarəsinin birbaşa uçuş uzaqlığı 800–3,600 kilometr, kommersiya yükü 40-42 metr, uçuş sürəti 900 kilometr/saatdır. Magistral, ölkədaxili və beynəlxalq hava xətlərində istifadə uçun nəzərdə tutulmuşdur.[1]
İstinadlar
redaktə- ↑ Аеробус // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 124–125.