Aftandil Haciyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aftandil Hacıyev Sabir oğlu (13 avqust 1981[1], Bakı) — Azərbaycan futbolçusudur. Azərbaycan milli futbol komandasında 22 oyun oynamışdır. Aftandil Hacıyev azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, "Səbail" PFK-nın baş məşqçisidir. 7 yaşında karyerasına başlayan futbolçunun mövqeyi müdafiəçi olub. 184 sm boyunda olan baş məşqçi, müxtəlif illərdə "Şəfa", "Turan", "Neftçi", "Qarabağ", "Sumqayıt" klublarının heyətində oynayıb[2].
Aftandil Hacıyev | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Aftandil Sabir oğlu Hacıyev | ||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||
Tam adı | Aftandil Sabir oğlu Hacıyev | |||||||||||||||
Doğum tarixi | 13 avqust 1981[1] (43 yaş) | |||||||||||||||
Doğum yeri | ||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||
Boyu | 184 sm | |||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||
Əsas ayağı | hər iki ayaq | |||||||||||||||
Karyerası | ||||||||||||||||
|
||||||||||||||||
|
||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Nailiyyətləri
redaktəAzərbaycan çempionu: 2004/2005
Azərbaycan çempionatının gümüş mükafatçısı: 2006/2007
Azərbaycan çempionatının bürünc mükafatçısı: 2005/2006
Azərbaycan Kubokunun qalibi: 2000/2001, 2008/2009[2]
Müsahibələri
redaktə"Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi".
Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafikdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq. Əvvəlki səhvlər bu gün minimuma endi. Qapımız qarşısında rəqibə qol şansı da vermədik. Hücumda daha aktiv idik və istədiyimiz qələbəni qazandıq. Çempionat ağır keçir. Ən çətin qrafikdə oynayan komanda bizik. Kasad heyətlə həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləmək çətindir. Bugünə qədər də oyunumuzdan tam razı deyildim. Öz səhvlərimizdən qollar buraxırdıq".
Hacıyevin sözlərinə görə, müdafiəçilərin bu günkü oyunu onu sevindirib: "Bu "Səbail"i meydanda görmək istəyirdim. Qışa qədər daha az top buraxan komandalardan idik. Görüşün ilk hissəsində daha yaxşı oynadıq. İkinci yarıda rəqib sistemi dəyişdi. Meydanın mərkəzində çoxaldılar və üstünlük bir az onlara keçdi. O ərəfədə səhvsiz oynamağı bacardıq. İkinci qolu vurduqdan sonra isə rəqib sakitləşdi. Bugün istədiyimiz oyunla qələbə əldə etdik. Amma bundan sonrakı matçlar da çətin keçəcək. Rahatlaşmaq olmaz. Bizi "Qarabağ"la çətin səfər oyunu gözləyir. Bu qarşılaşmanı unudub ona hazırlaşmalıyıq. Rəqibə də uğurlar arzulayıram. Bu gün öz transferləri ilə ictimaiyyətdə səs-küy salmağı bacarıblar. İnanıram ki, gələcəkdə istədikləri uğuru qazana biləcəklər".
Baş məşqçi kubokdakı matçları xatırlayıb: "Kubokda mübarizəni dayandırmaq sırf "Səbail"in günahı deyildi. Hər iki görüşdə hakim səhvləri oldu. Kuboka görə komandamı günahlandırmaq istəmirəm. Hər iki oyunda topa sahib olmaqda rəqibdən üstün idik. "Sumqayıt" kubok oyunlarında təcrübəsi olan komandadır. Çempionatımızda açıq autsayder yoxdur. Heyəti və imkanları geniş olan komandalar var. Biz bu amillərə görə geridə qalsaq da, oyunumuzla geridə qalmayacağıq. Sona kimi mübarizə aparacağıq. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq kimi tələb qoymuşuq" (Report)[3].
Futbolçu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
redaktə- ↑ 1 2 Aftandil Hajiev // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 "AFTANDİL HACIYEV" (az.). https://sabailfc.az/. 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
- ↑ ""Kasad heyətlə yaxşı nəticə qazanmaq çətindir" - Aftandil Hacıyev" (az.). https://qol.az/. 19 FEVRAL 2021. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.