Aile - Wikipedia
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir.
Ailəm
redaktəAilə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.
Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir.
Sözün mənşəyi
redaktəAilə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir.
Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Ailə və ailənin funksiyaları
redaktəGec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar.[1]
Ailənin formaları
redaktəAilə - ər və xanımından, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrədir. Sinfi cəmiyyətdə onun ən geniş yayılan forması monoqamiyadır. Nikahın formaları nikah cütünün birləşməsinin xarakteri mənasını verir.
Qızların qaçırılması – bu qızların və onların valideynlərinin razılığı və ya qeyri razılığı zamanı qaçırma yolu ilə bağlanan nikah formasıdır.
Ödəncli nikah – (kalım) – Adaxlının gəlinin əvəzində qızın ailəsinə ödənc verməsidir. İşləyib ödəmə əsasındakı nikah da buna aiddir.
Gəzmə nikah – nikahın elə bir formasıdır ki, bu zaman ər və xanımı ayrı-ayrı nəsillərdə yaşayır və yaxud ər xanımının evində deyil, kişilər üçün nəzərdə tutulmuş xüsusi evlərdə yaşamasıdır.
Heterizm – (yunanca “ketayra”-məşuqə) də qrup nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə mənsub idi.
Qonaqpərvər heterizm – qrup nikahının bir formasıdır. Bu vaxt ərlə eyni bir sinfə, nəslə, yaş sinfinə daxil olan qonaq onun arvadı ilə yaşamaq hüququna malik olurdu. Sinifsiz cəmiyyətin bütün dövrlərində ən geniş yayılan qrup nikahı forması idi. Bu vaxt bir qrup kişilər və qadınlar müvəqqəti və ya daimi olaraq bir-birinin ərləri və xanımı hesab olunurdular. Lakin ciddi bir tərzdə ekzoqamiyaya riayət olunurdu. Qrup nikahının qalıqlarına sinfi cəmiyyətlərdə də, hətta Asiya, Afrika və Okeaniyanın müasir xalqlarının bəzilərində bu günə qədər təsadüf olunmaqdadır.
Qədim Romadakı saturnaliya qrup nikahının tipik qalığı sayılır. Saturunun şərəfinə keçirilən məhsul bayramı günlərində müxtəlif nəsillərdən olan kişi və qadınlar arasında müvəqqəti olaraq cinsi əlaqələrə yol verilirdi. Asiyadakı müasir myao-yao xalqları da ay rəqsləri zamanı xüsusi cinsi münasibətlərdə olurlar ki, bunlar da tamamilə saturnaliyaya bənzəyir.
Ailənin vəzifələri
redaktəAilənin biologiya və sosiologiya elmləri barəsində çox mühüm vəzifələri vardır: "İnsan" növünün özünü yenidən hasil etməsi üçün ailə müəssisəsinə ehtiyacının olması ixtilaflıdır. Ancaq bir ailənin təşəkkül olması üçün biologiya baxımından qadının məhsuldarlığı və kişinin döllənmə gücünün olması lazımdır. Evli bir qadın-kişi cütünün uşaqları olmayanda əcnəbi bir uşağını övladlığa götürməsi bunun istisnasıdır. Ailənin xüsusiyyətləri neçə nəsillərin bir yerdə yaşadığına görə də fərqlənir. Ona görə çox nəsilli ev həyatı ya çox nəsilli ailədən söz gedir. Özünü yenidən hasil etmək, nəsillərin həyat verərək saxlanması vəzifəsi üçündür. Bu barədə ailənin bağları bir cəmiyyətinin saxlanması və çoxalması üçün çox mühümdür.
Müasir cəmiyyətlərdə ailənin siyasi, dini, iqtisadi və təlimlə əlaqəli vəzifələr qismən başqa ictimai müəssisələrə (m.ü. dövlət hakimiyyətləri, sığorta müəssisələri, təhsil müəssisələri, idman cəmiyyətləri kimi) aparılar və ailənin gündəliyində əhəmiyyətini itirər.
Terminologiya
redaktəİnsanlarda görülən müxtəlif ailə şəkilləri vardır. Bunlardan atanın sözünün keçdiyi ailələrə pədərşah ailə, ananın sözünün keçdiyi ailələrə də madərşah ailə deyilir.
Bir çox cəmiyyətdə ailənin təməli evlilikdir. Demək olar ki, bütün ölkələrdə ailənin qurulması və ailə birliyinin pozulması qanunla müəyyən edilmişdir. Bu gün bir çox ölkədə evliliklər bir kişi ilə bir qadın arasında olur. Bu ölkələrdə bir insanın ikinci qarşı cinslə evlənməyi qanunla qadağan olunmuşdur. Evlilik bir kişi və bir qadın ilə qurula biləcəyi kimi, bu gün homoseksual evliliklərin qanuni olduğu ölkələrdə iki qadın ya da iki kişi arasında da qurula bilər. Bu cür evliliklərə monoqamiya deyilir. Bəzi ölkələrdə isə bir kişi birdən çox qadınla, bir qadın birdən çox kişi ilə evlənə bilər. Bu cür evliliklərə poliqamiya deyilir.[2]
Bir kişinin birdən çok qadınla evliliyinə poliginiya adı verilir. Bu cür evlilikdə eyni evin içində hər qadının öz uşaqları ilə birlikdə yaşadığı ayrı ayrı vahidlər yaranır. Bu adətə bəzi Asiya və Afrika ölkələrində, xüsusilə də zənginlər arasında geniş olaraq rast gəlinir. Bəzi hallarda isə məsələn Hindistandakı Todalar və Nayarlar arasında qadınların birdən çox kişi ilə evlənmə halları vardır. Buna da poliandriya deyilir.
Qədim türk cəmiyyətlərində ailə böyük əhəmiyyət daşıyırdı. Tək xanımla evlilik təməlinə söykənən ailələrdə qadın ilə kişi arasında bərabərlik var idi.
İstinadlar
redaktə- ↑ "Ailə və ailənin funksiyaları". kayzen.az. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2023.
- ↑ Şirin Bünyadova. "Orta əsr Azərbaycan ailəsi". 2012. 16 may 2023 tarixində [arxivləşdirilib (#bad_url) (PDF) (#archive_missing_url). (#cite_web_url)