Akif Ekberov - Wikipedia
Əkbərov Akif Abbas oğlu (2 fevral 1952, Balyand, Cəbrayıl rayonu – 5 avqust 1991, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı. 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[1][2]
Akif Əkbərov | |
---|---|
Akif Abbas oğlu Əkbərov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 1991 (39 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1970-1991 |
Rütbəsi | Polis Baş Çavuşu |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəAkif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi.[1]
Qarabağ müharibəsi
redaktə1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.[1]
12 avqust tarixində ermənilər Cermuq şəhəri tərəfdən "Sarı yer" yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.[1]
Milli Qəhrəman
redaktəAkif Əkbərov Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Beyləqan rayonunda dəfn edilmişdir.[1]
Xatirəsi
redaktəAkif Əkbərovun Beyləqan rayonunda büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.[1]
Ailəsi
redaktəAiləli idi. 5 övladı yadigar qalıb.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Əkbərov Akif Abbas oğlu" (Azərbaycan). shexsiheyet.mia.gov.az. 2021-01-31 tarixində arxivləşdirilib.
- ↑ "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
Ədəbiyyat siyahısı
redaktə- Əkbərov Akif Abbas oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H. M. Həmidova.- Bakı, 2008.- S.53.
- Əsgərov, V. Əkbərov Akif Abbas oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.73.
- Seyidzadə, M. Əkbərov Akif Abbas oğlu /M. Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.50