Aktau Deniz Limani - Wikipedia
Aktau dəniz limanı — Qazaxıstana məxsus olan, Xəzər dənizi sahilində yerləşən dəniz limanı. Dəniz limanın rəsmi adı "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" Milli Səhmdar Cəmiyyəti adlanır. Dəniz limanın səhmlərinin 100% Qazaxıstan Dəmir Yolları idarəsinin balansındadır.
Aktau limanı | |
---|---|
43°39′ şm. e. 51°09′ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
Şəhər | Aktau |
Tikilmə tarixi | 1963 |
Aktau dəniz limanı Xəzər dənizinin şimal-şərqində yerləşir. Dövlət müəssisəsi beynəlxalq əhəmiyyət kəsb edən limandır. Xüsusilə beynəlxalq yüklərin daşınmasında böyük əhəmiyyət kəsb edir. Aktau buxtasından İranın şimalındakı və Bakıdakı limanlara gəmilər hərəkət edir. Dənizlə limana gətirilən yüklər Qazaxıstana məxsus dəmir yolları və avtomagistrallarla Sibir və Şərqi Asiya ölkələrinə daşınır. Limandan Qazaxıstanda istehsal olunan kənd təsərrüfatı və avadanlıqlar, xam neft daşınır. Dəniz limanı il ərzində 3,2 mln ton quru yük və 12,5 mln ton xam neft daşıma imkanına malikdir. 2015-ci ildə illik yük daşıma imkanı 5,9 mln t[1] olmuşdur. Dəniz limanına bir başa dəmir yolu hərəkət edir. Yaxınlığında Manqışlaq dəmiryol stansiyası yerləşir. Şəhərdə həmçinin Aktau hava limanı yerləşir
Xəzər dənizindən daşınan mühüm bərə yolu "Ələt — Aktau" Beynəlxalq "İpək yolu"nun (Ukrayna — Gürcüstan — Azərbaycan — Qazaxıstan — Çin) tərkib hissəsidir. Bu nəqliyyat dəhlizi Rusiya ərazilərinə daxil olmadan yüklərin Avropaya çatdırılmasını nəzərdə tutur.[2] Bu dəhlizlə yüklər şimal dəhlizinə nisbətdə daha tez Avropaya çatdırıla bilir. Üstəlik bu dəhlizdə yerləşən limanlar heç zaman donmurlar.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Справка о производственных показателях АО «НК «АММТП» по состоянию на 06.01.2016 г." 2016-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
- ↑ "Новый «Шёлковый путь» — альтернативный транспортный коридор в обход России". 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.