Alatir Cayi - Wikipedia
Alatır (çuvaş Улатăр, erz. Ратор) — Rusiyanın Nijeqorod, Mordoviya və Çuvaşiya ərazilərindən axan çay. Çayın uzunluğu 296 km, hövzəsi 11 min km² təşkil edir.
Alatır çayı | |
---|---|
rus. Алатырь | |
Ölkə | Rusiya |
Mənsəbi | Suru çayı |
Uzunluğu | 296 km |
Su sərfi | 42,6 m³/s |
Hövzəsinin sahəsi | 11200 km² |
DSR[rus.] | 08010500212110000037782 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəÇayın mənbəyi Pervomaysk şəhərindən 10 km qərbdə yerləşir. Çsyın əsas istiqaməti şərqədir. Çay yuxarı axarlarda Nijeqororod vilayəti ilə Mordoviya sərhəddini təşkil edir. Sonradan çay Permomaysk, Lukoysnovvə Poçinkovski rayonları ərazisindən axır. Adı çəkilən rayonlar Nijeqorod vilayəti ərazisində yerləşir. Daha sonra çsy Mordoviyanın İçalkovski, Ardatovski rayonları ərazisindən axır. Aşağı axarlarda isə Alatır rayonuna keçir. Alatır, şəhəroinin şimalında Suru çayına tökülür.
Çay Privoljskaya yüksəkliyinin meşəli ərazisindən axır. Əsas meşəlik çayın sol sahilində yerləşir. Sağ sahilində isə demək olar ki, meşə yovdur[1].
Hidrologiyası
redaktəÇay yuxarı axarlarda 0,5–1 metrlik yataqdan axır. Çayın dərinliyi isə 0,3–0,5 metr təşkil edir. Bəzi yerlərdə eni 10 metr, dərinliyi isə 1,5–2 metrə qədər artır. Yuxarı axarlar yayda adəyi üzrə quruyur. Orlovko kəndindən sonra eni tədeicən genişlənir. Burada dərinlik 2–2,2 metrə qədər artır. Eni isə 15 metrə qədər artır.
Orta axarlarında sahilləri hündürdür. Burada hündürlük 3–5 metrə çatır. Bəzi hissələrdəhündürlük 20 mrtrə çatır. Eni 25–50 metrə çatır. Turqenev su anbarına yaxın eni 80–100 metr olur. Axının sürəti 0,4–0,92 m/s olur. Aşağı axarlarda suyu sakit axır və durudur.
İri qolları: Rudnaya, İnsar (sağ). Çayın Çuvarley kənfi yaxınlığından keçən vadidə Şiblevo gölü yerləşir. Əsasən qar suları ilə qidalanır. Noyabrda donur və aprelin əvvəllərində dondan azad olur.
Qolları
redaktə- 18 km: Miroleyka (sol)
- 33 km: adsız çay (sol)
- 34 km: Pesçanka (sol)
- 36 km: adsız çay (sol)
- 51 km: adsız çay (sağ)
- 63 km: Andrevka axarı (sağ)
- 75 km: Uksun (sol)
- 82 km: Çanqa (sol)
- 94 km: Baraxmanka (sol)
- 105 km: Nuya (sağ)
- 108 km: Selievka (sağ)
- 112 km: Aşnya (sol)
- 124 km: Kalışa (sol)
- 136 km: İnsar (sağ)
- 139 km: Tatar-Velen-Ley (sağ)
- 140 km: Kemlyatka (sağ)
- 146 km: Yazovka (sol)
- 152 km: Pelka (sağ)
- 154 km: adsız çayı (sol)
- 165 km: Batmas (sol)
- 179 km: Rudnya (sağ)
- 184 km: Ujovka (sol)
- 190,8 km: Muravey (sol)
- 191 km: adsız çay (sağ)
- 200 km: İrest (sağ)
- 202 km: Arzika (sol)
- 213 km: Menşovka (sol)
- 216 km: Madaevka (sağ)
- 225 km: Arzinka (sol)
- 230 km: İrsa (sağ)
- 233 km: Pamzelka (sol)
- 237 km: Pandus (sol)
- 240 km: Mokraya Çevarda (sol)
- 256 km: Vışkovka (sol)
- 263 km: Suxoy Alatır (sol)
- 264 km: Umoç (sol)
İstinadlar
redaktə- ↑ "А. И. Коробков, Ю. З. Михеев. «По рекам южной и юго-восточной России». М., «Физкультура и спорт», 1977". 2017-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.