Albaniya Memarligi - Wikipedia
Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi.
Tarixi
redaktəÖlkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir[1]. Belə ki, onlar e.ə. VII əsrə aid edilir[1].
Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi[1].
Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur.
Xristian memarlığı
redaktəXIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir[1]. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır:
- Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi[1];
- Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri[1].
XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir[1].
Türk-islam memarlığı
redaktəXV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir[1]. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır:
- Tiranada XVIII əsrə aid Ədhəmbəy məscidi[1][2];
- Tiranada hamam[1];
- Tiranada şəhər qalası[1];
- Tiranada bazar yeri və bir sıra evlər[1];
- Tiranada Əhmədpaşa təkyəsi[1];
- Beratda 1775-ci ildə tikilmiş Əhmədpaşa körpüsü[1][2];
- Beratda Xəlvəti təkkəsi[2];
- Ergiri qəsəbəsində XVIII əsrə aid evlər[1];
- Ergiri qəsəbəsində Qırmızı məscid[1];
- XVIII əsrə aid Qurşunlı məscidi[1];
- Luşna qəsəbəsində İsgəndərbəy məscidi[1];
- Luşna qəsəbəsində qala[1];
- Təpədələndə Dəmir baba təkyəsi və türbəsi[1].
Kommunizm və post-kommunist dövrü
redaktə1944-cü ildən 1991-ci ilə qədər şəhərsalmada memarlıq keyfiyyətləri azalmışdır. Belə ki, kütləvi şəkildə sosialist yaşayış massivləri, geniş yollar, fabriklər, şəhər meydanları inşa edilsə də, əslində onlar sökülən tarixi binaların yerində inşa edilmişdir.
Qalereya
redaktə-
Apolloniyada olan Agonotetes monumenti
-
Roman Theater Butrint
-
Bullisdə antik kafedralın qalıqları
-
Şkoderdəki Rozafa qalası
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 299. ISBN 978-9952-441-02-4.
- ↑ 1 2 3 Sirli türk ruhunun gizləndiyi əfsanəvi məmləkət[ölü keçid]. lent.az, 30.03.2011 (az.)
Xarici keçidlər
redaktə- Ledita Mezini a & Dorina Pojani. "Defence, identity, and urban form: the extreme case of Gjirokastra" (PDF). Planning Perspectives. 2014.
- Shumka, L. "Considering Importance of Light in the Post-Byzantine Church in Central Albania". International Journal of Innovative Research in Science, Engineering and Technology. 2 (11). November 2013.[ölü keçid]
- Eleni Gavra, Stella Kasidou & Yannis Konstantinou. "Management of the Architectural Heritageof the Historic Centre of Korça" (PDF). Institutional Framework and Policies, Institute for Balkan Studies. 2015-06-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- Vokshi, Armand, & Nepravishta, Florian. "FLORESTANO DI FAUSTO - THE GENESIS OF NEW ARCHITECTURAL FORMS IN ALBANIA".
- Ndreçka, Olisa, & Nepravishta, Florian. "The Impact of Socialist Realism in the Albanian Architecture in 1945-1990". Architecture and Urban Planning. September 2014.