Aleksandr Salimov - Wikipedia
Aleksandr Alekseyeviç Şalimov (ukr. Шалімов Олександр Олексійович; 20 yanvar 1918, Vvedenka[d] – 28 fevral 2006, Kiyev[1]) sovet və ukraynalı cərrahı, tibb elmləri doktoru (1958), professor (1961), Ukrayna SSR Elmlər Akademiyasının həqiqi üzvü (1978-ci ildən), Ukrayna Tibb Elmləri Akademiyasının həqiqi üzvü (1993-cü ildən). Sosialist Əməyi Qəhrəmanı (1982), Ukrayna Qəhrəmanı (2005).
Aleksandr Şalimov | |
---|---|
ukr. Олександр Олексійович Шалімов | |
Doğum tarixi | 20 yanvar 1918 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 fevral 2006 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | universitet müəllimi[d], cərrah, həkim |
Elmi dərəcəsi | |
Partiyası | |
Mükafatları |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Beynəlxalq Cərrahlar Assosiasiyasının və Avstriya, Almaniya, Rusiya və Ukrayna Cərrahlar Assosiasiyasının üzvü, Ukrayna Tibb Elmləri Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olub. Ukrayna Milli Tibb Elmləri Akademiyasının Kiyev Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutunun (Şalimovun ölümündən sonra instituta onun adı verilib — Ukrayna Milli Tibb Elmləri Akademiyasının A. A. Şalimov adına Cərrahiyyə və Transplantologiya İnstitutu) yaradıcılarından biridir. Lvov Tibb Universitetinin fəxri doktorudur.
Həyatı
redaktə14 uşaqlı böyük kəndli ailəsində anadan olub. 5 sinifli məktəbi və Kuban Tibb İnstitutunun əmək fakültəsini bitirdikdən sonra 1936–1941-ci illərdə bu universitetin tibb fakültəsində təhsil alıb və təhsilini başa vurduqdan sonra Çita vilayətinə cərrah kimi göndərilib. Şalimov orada yaralıları əməliyyat etməklə məşğul olduğu üçün cərrahiyyə sahəsində böyük təcrübə toplayıb.
Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra SSRİ-nin ən böyük klinikalarında təlim keçib. 1949-cu ildən N. M. Amosovla birlikdə Bryansk vilayət xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 1952–1953-cü illərdə Kursk Tibb İnstitutunda assistent, sonra Bryansk vilayətinin baş cərrahı işləyib.
1958-ci ildə "Mədəaltı vəzin başı və faternal papilla xərçənginin cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1959–1970-ci illərdə Xarkov xəstəxanalarında cərrah və baş həkim olan Xarkov Tibb İnstitutunun cərrahiyyə kafedrasının dosenti A. Z. Tseytlinin rəhbərliyi altında tibb elmləri doktoru üzrə dissertasiya hazırlayıb.
1970-ci ildən Kiyev Həkimlərin Təkmilləşdirmə İnstitutunun və 1972-ci ildən Kiyev Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunun direktoru vəzifəsində çalışan Şalimov Ukraynada mikrodamar, endovaskulyar və eksperimental cərrahiyyə şöbələrini təşkil edən ilk şəxsdir. Şalimov həzm orqanları, ürək, damar, onkoloji xəstəliklər üçün yeni cərrahi üsullar tətbiq edib, 40 minə yaxın cərrahiyyə əməliyyatı həyata keçirib. Aleksandr Şalimov mədəaltı vəzi əməliyyatı həyata keçirən ilk həkim kimi qəbul edilir. O, şəkərli diabet xəstəsinə mədəaltı vəzi transplantasiyasını uğurla reallaşdırıb. Ukraynada ilk ürək transplantasiyası əməliyyatı Şalimovun nəzarəti altında həyata keçirilib.
1975-ci ildən hazırda onun adını daşıyan Cərrahiyyə və Transplantologiya İnstitutunun yaradıcısı və direktoru olub. 1978-ci ildən Ukrayna SSR Elmlər Akademiyasının həqiqi üzvüdür.
O, 1998-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən Planetin Adamı kimi qəbul edilib.[2]
O, 830-dan çox elmi məqalənin və 112 ixtiranın müəllifidir və Xarkov və Kiyev olmaqla Ukraynada iki elmi-tədqiqat institutu təsis edib.
2006-cı il fevralın 28-də Kiyevdə vəfat edib.[3] Kiyevdəki Baykovo qəbiristanlığında (sahə 52a) dəfn edilib.[4]
Ailəsi
redaktə- Ata — Aleksey İvanoviç (1876–1959)
- Ana — Kseniya Alekseevna (1894–1945)
- Həyat yoldaşı — Susanna Nikolaevna (1948–2019)
- Övladları — oğulları Sergey (1943) və Viktor (1947)
İstinadlar
redaktə- ↑ 1 2 Šalimov, Aleksandr Alekseevič // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "Александр Шалимов". 2022-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
- ↑ "Помер видатний український хірург Олександр Шалімов". aratta.com.ua. 2024-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
- ↑ "Умер выдающийся украинский хирург Александр Шалимов". 2009-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.